Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova cəbhə bölgəsi Tərtərdə olub. Elmira Süleymanova əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Sonra o, rayon rəhbərliyi ilə birlikdə təmas xəttində yerləşən Qapanlı kəndinə gedib, kənd sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Kənd ağsaqqalı Əli Əliyev, sakinlərdən Natiq Quliyev, Bahadur Süleymanov, Elbrus Tanrıverdiyev, Gülnarə Qarayeva, Züleyxa Məmmədova cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyev öz minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, artıq onların qaz, su, işıq, telefon sarıdan problemləri yoxdur. Kəndin yolu təmir edilib, küçələr gecə işıqlandırılması ilə təchiz olunub. Hazırda Qapanlı kəndində yeni tibb məntəqəsi tikilir. Təmas xətti olduğu üçün kəndə təcili tibbi yardım maşını, həkim briqadası ayrılıb.
Ombudsman sonra toy mağarının ermənilər tərəfindən atəşə tutulması nəticəsində yaralanan Müşgünaz, Mədinə Əliyevalar və balaca Zəhra ilə görüşüb, onlara hədiyyələr verib.
Elmira xanım rayon ərazisində yerləşən hərbi hissələrdə də olub.
Ombudsman sonra rayon sakinləri ilə ictimai dinləmə keçirib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq, insan hüquq və azadlıqlarının təmin edilmə-sinin dövlətin ali məqsədi olduğunu, bu sahədə ictimai dinləmələrin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, müvəkkilin təşəbbüsü ilə həyata keçirilən, insan hüquqlarının təbliğinə dəyərli tövhələr verən fəa-liyyətinin səmərəsindən, eyni zamanda rayonda aparılan işlər, əhalinin qəbulu, müraciətlərin təmini və bu məqsədlə yaradılan imkanlar, eləcə də həll edilmiş problemlərdən danışıb.
İctimai dinləmədə rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Nizami Heydərov, Səhlabad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova, rayon təhsil şö-bəsinin müdiri Surxay Mirzəyev, rayon icra hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi Tunarə Məmmədzadə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barədə söhbət açaraq, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda müvəkkil ona müraciət edən vətəndaşları qəbul edib, bir sıra müraciətlər araşdırma aparılması üçün icraata götürülüb, bəzi şikayətçilərə isə hüquqları izah olunub.
-
26Okt
Müəllif: Redaktor, 10:55
Teqlər: Xəbərlər