Tərtərdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edərək, onlara müstəqil dövlətimizin daha da çiçək-lənməsi naminə işlərində uğurlar diləyib. Rayon rəhbəri bildirib ki, hər bir xalqın taleyini müəyyən ziddiyyətli və mürəkkəb mərhələdə edilmiş tarixi seçimin məzmunu şərtləndirir. Məhz bu mərhələdə meydana çıxan fenomenal liderlər xalqın əsrlər boyu formalaşan siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur, siyasi varislik ənənələri formalaşdırırlar.
Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar məhz Ulu Öndərimiz Heydər Əli-yevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. 1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyanat qəbul etmişdir. 1991-ci il oktyabrın 18-də görkəmli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlardan biri kimi imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.
Dövlət müstəqilliyinin ilkin mərhələsində-1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdır.
Sonra rayon rəhbəri qeyd edib ki, bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, Ümummilli Liderimiz Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni lider var. Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərdən təhvil aldığı dövləti onun ideyalarına sadiq qalaraq inkişaf etdirmək əzmindədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azər-baycan xalqının öz seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından Ulu Öndərimiz Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Kəngərli kənd tam orta məktəbin direktoru İmran Məmmədov və “Əməkdar müəllim” Afaq Xəlilova çıxış edərək müstəqilliyin Azərbaycan vətəndaşlarına bəxş etdiyi hüquq və azadlıqlardan danışıblar.
-
26Okt
Müəllif: Redaktor, 10:24
Teqlər: Xəbərlər