Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30İyn

    Dövlət İmtahan Mərkəzinin iyunun 19-da qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Füzuli və Tərtər rayonlarında keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
    İmtahanların keçirilməsi üçün bu rayonlarda, ümumilikdə, 6 bina ayrılıb. Buraxılış (qəbul) imtahanları Tərtər şəhər 1, 6 nömrəli və Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərdə təşkil olunub. İmtahanlarda Tərtər rayonu üzrə 741 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. İmtahanlar iki rayon üzrə 19 imtahan rəhbəri, 149 nəzarətçi müəllim, 6 ümumi imtahan rəhbəri tərəfindən idarə olunub. Tərtərdə, həmçinin Azərbaycan dilindən fərqli dildə təhsil alan cari ilin 9-cu sinif məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilib.
    Pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında zəruri profilaktik tədbirlər görülüb, binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
    Üç saat davam edən imtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
                                                                                                                                                                     “Yeni Tərtər

    Müəllif: Redaktor, 14:03

İsmarıclar bağlıdır.