Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə. Allahım heç sənə əzab verməsin, Sən mənə verdiyin əzaba görə. |
Elə bil ürəklər daşdı, dəmirdi,
Bir üzü ağ küldü,biri kömürdü, İlahi, bu necə yalqız ömürdü, Qoymaram bu ömrü hesaba görə |
Üzüb hər ümiddən əlimi sənsiz, Dünyanın gedimi,gəlimi sənsiz, Daha istəmirəm könlümü sənsiz, Baxıb biganələr xaraba görə. |
Öz eşqim yolunda sadiq canam mən, Heyf oldum, həm yanan, həm yamanam mən, Bəlkə də, birinci müsəlmanam mən, Cəhənnəm çəkirəm savaba görə |
Düşməzmi güzarım bir dost bağına, Sevda çiçəklərim düşüb qırğına, Yamanca tuş oldum el qınağına, Təsəlli tapdığım şəraba görə.
|
Allahım heç sənə əzab verməsin, Sən mənə verdiyin əzaba görə. Musa YAQUB, Xalq şair |
-
30İyn
Müəllif: Redaktor, 12:02