Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0
Arxiv
-
30İyn
Bu yerlər həm acı, həm şirin yerlər,
Yamanmı söyləyim, yaxşımı deyim?
Burada həsrətlə keçər günlərim–
Birə-beş artırıb yaşımı deyim
|
Çinarlar qələmim, qayalar dəftər,
Yazdıqca tükənməz sinəmdə dərdlər.
Ah çəkdim, diksinib kükrədi Tərtər,
Tərtərə gözümün yaşımı deyim? |
Onda yaman döndü çarxı taleyin,
Bir anda qurudu arxı taleyin.
Bir başqa nırx idi nırxı taleyin,
O hicran ağardıb başımı deyim
|
Pərişan elədim şair Hilalı,
Ötən günlərimdə gəzdi xəyalı.
Necə başa salım o gülcəmalı,
Otuz ildən sonra naşımı deyim? |
Ürəkdə bir neçə sözüm paslanıb,
Xatirəm ağlayıb gözüm islanıb.
Xətrinə dəyməsin Məmməd Aslanın,
“Sərsəng”ə başımın daşımı deyim? |
Fikrət Sadıq uydu qoşmaya yenə.
Arzumun çox uzaq bir çiçəyinə.
İlk eşqin soluxmuş bir ləçəyinə
Ömrümün əbədi qışımı deyim.
Fikrət SADIQ
|
Müəllif: Redaktor, 10:41