Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09May

    MÜQƏDDƏS AYIN TƏQVİMİ

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası aprelin 20-də Ramazan ayı ilə bağlı fətva verib.
    Fətvada deyilir ki, bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edib. Beləliklə, Azərbaycanda Ramazan ayı bu il aprelin 25-dən başlayıb. Yəni, həmin gündən etibarən 30 gün ərzində müsəlmanlar oruc tutacaqlar.
    Qeyd edək ki, bu il Ramazan ayı bütün dünya üçün çətin bir dövrə təsadüf edib. Hazırda yeni növ koronavirus dünyada yayılmaqdadır və o səbəbdən bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda ka-rantin rejimi tətbiq olunub.
    Koronavirus məhz immuniteti zəif insanlara daha güclü təsir edə bilir.
    Bütün bunları nəzərə alan QMİ öz fətvasında qeyd edir ki, “builki Ramazanın təsadüf etdiyi mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludurlar. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir. Necə ki Allahın Peyğəmbəri (s) “Bu ayda ən yaxşı əməl nədir?” sualına cavab olaraq buyurdu: “Bu ayda ən yaxşı əməl – özünü Allahın qadağan etdiklərindən daha çox çəkindirməkdir”.
    Allah orucunuzu qəbul etsin!

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.