Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının iclas zalında davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apar-dıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.
Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd etdi. Bildirdi ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərari-lik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağrılmasının təşkili sahəsində uğurlar əldə olunub.
Tədbirdə Azərbaycan Respubli-kasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid-mətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev xidmətin 8 il ərzində keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, 8 il ərzində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, cəmiyyətin gözləntilərini doğrultmuşdur.
Tədbirdə Tərtər Hərbi prokuroru Hümmət Məmmədov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, Vətən Müharibəsi İctimai Birliyinin Tərtər Regional Bölməsinin sədri Vidadi Məmmədov, İsmayılbəyli kənd tam orta məktəbinin hərbi rəhbəri Elgün Həmi-dov çıxış edərək, öz ürək sözlərini bildirdilər.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə xidmətdə fərqlənən bir qrup şəxs Tərtər Rayon İcra Hakimiyyəti və Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundu.
“Yeni Tərtər”
-
24Fev
Müəllif: Redaktor, 12:01