Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Okt

    00002Yeni ailə yeni arzular, yeni ümidlər deməkdir. Yeni ailə yeni nəsil deməkdir. Bu ailənin bünövrəsi möhkəm olarsa göyərəcək pöhrələr də qüvvətli, inamlı olar.
    Xalqımızın çox gözəl ailə ənənələri var. Əsrlərdən bəri böyük məhəbbətlə qorunub nəsildən-nəsilə ötürülən bu ənənələr müasir dövrümüzə qədər gəlib çatıb. Bunların əsas mahiyyəti nədən ibarətdir? Ulularımız hesab ediblər ki, iki nəfər birləşərək yeni bir ocaq yaradırsa, burada qarşılıqlı hörmət, məhəbbət, ailə başçısı olan kişinin daim uca tutulması gərəkdir.
    Azərbaycanda bu sahədə ən gözəl nümunə Ümummilli Liderimiz Heydər Əliyevin ailəsidir. Deyirlər ki, dahi insanların həyat yoldaşı olmaq çox çətindir. Bu baxımdan Zərifə xanım özünün geniş elmi fəaliyyəti, ailə qayğıları ilə yanaşı, həm də Ulu Öndərin etibarlı dayağı, köməkçisi olmuş, ən çətin anlarını onunla bölüşmüşdür.
    Təsadüfi deyil ki, son dövrdə rayonumuzda yeni ailə quran gənclər məhz Heydər Əliyev Mərkəzində nikaha daxil olmaq istəyirlər. Bununla da onlar bu dahi insanın ailə ənənələrinə dərin ehtiramlarını bildirir, həm də özləri gələcəkdə məhz Heydər Əliyev və Zərifə xanımdan nümunə götürəcəklərinə söz verirlər.
    Cari ildə Heydər Əliyev Mərkəzində Elbrus Əliyev və Nərmin Vəliyevanın, Şəhriyar Əziz-bəylinin və Nigar Şad- linskayanın, Elşad Şahbazovun və Fəridə Babayevanın, Sarvan Vəliyevin və Türkan Sal-manlının, Anar Rüstəmovun və Pərvanə İsmayılzadənin, Elməddin Əhmədovun və Zülfiyyə Nağızadənin təntənəli nikah mərasimləri keçirilib.
    Ulu bir ailə ocağının işığına toplaşan gənclər söz veriblər ki, xalqımızın gözəl ənənlərini daim yaşadacaqlar.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:13

    Teqlər:

İsmarıclar bağlıdır.