Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Yan

    Ölkəmizin qan yaddaşına yazılan faciələrdən biri də sovet ordusunun dinc əhaliyə qarşı 1990-ci il Yanvar ayının 19-dan 20-ə keçən gecə törətdiyi qanlı faciədir.
    Bu il 20 Yanvar faciəsinin 30 ili tamam olur. Ölkə əhalisi tərəfindən hər il bu faciənin qurbanları dərin hüzünlə yad edilir.
    Rayonumuzun ümumtəhsil məktəblərində də 20 Yanvar faciəsi ilə əlaqədar xüsusi dərslər və tədbirlər keçirilir.
    Bu günlərdə Səhlabad, Köçərli, Sarıcalı, Ələsgərli və digər ümumtəhsil məktəblərində 20 Yanvar şəhidləri yad edilmiş, faciəni törədənlər müəllim və şagirdlər tərəfindən lənətlənmişlər. Tədbirlərdə şagirdlər tərəfindən Azərbaycanın Dövlət Himni səsləndirilmiş, qanlı gecəni xatırladan kompozisiyalar nümayiş etdirilmiş və şeirlər söylənilmişdir.
    20 Yanvar şəhidləri azadlığımızın carçılarıdır. Onlar öz ölümləri ilə müstəqilliyimizi qoruyanlar oldular. O gün heç unudulmayacaq. 20 Yanvar tariximizə yazılmış qanlı faciədir.

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.