Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy

    Biz indiyədək elə bilirdik ki, Tərtərin iki Milli Qəhrəmanı var–Vəzir Orucov və Elman Hüseynov. Lakin indilərdə öyrəndik ki, tərtərli 3-cü Milli Qəhrəman da olub. Bu, Füzuli Rüstəmovdur

    * * *

    İnsan dünyaya gələndə necə böyüyəcəyindən, həyatının necə davam edəcəyindən xəbəri olmadığı kimi, ömrünün də harada tamamlandığından xəbərsiz olur, yaşının hansı çağında bu dünya ilə vidalaşacağını düşünmür. Xoşbəxt insan odur ki, hansı yaşda, harada işıqlı dünyanı tərk etməyindən asılı olmayaraq, yaddaşlarda qalır, ürəklərdə anılır.
    Füzuli Salah oğlu Rüstəmov Tərtərin Hüsənli kəndində doğulmuşdur. O, 1965-ci ilin şaxtalı bir qış günündə–25 dekabrda dünyaya gələndə ata-ananın sevinci, fərəhi yerlə göy arası olmuşdu. Füzuli bu sevinc və sevgi ilə böyüyürdü. Lakin, həyatın amansızlıqlarından, hələ uşaq yaşlarından anasını və atasını itirərək yetimçiliyin acısını dadacağından xəbərsiz idi. Erkən valideyn itkisi onu babası Kərim kişinin himayəsində, xalası Səkinə xanımın qayğısı ilə Xocalı şəhərində yaşamağa vadar etmişdi. Füzuli ondan da xəbərsiz idi ki, azğın, fitnəkar ermənilər növbəti dəfə azərbaycanlıları öz doğma yurd-yuvalaından didərgin salacaqlar, Xocalı kimi qanlı soyqırımı tariximizə yazacaqlar.
    İllər ötürdü. Füzuli böyüyüb ərgən yaşa çatmışdı. O, bütün oğlanlar kimi Vətənə borcunu vermək üçün hərbi xidmətə yollanır, Sovet ordusu sıralarında xidmət edir. İki illik hərbi xidmət dövrü Füzulini qoçaq, mərd bir əsgər kimi tanıdır. O, nümunəvi xidmətinə görə fəxri fərmanlar, döş nişanları və təşəkkürnamələrlə təltif olunur. Əsgəri xidmətini müvəffəqiyyətlə başa vuraraq böyüdüyü Xocalı şəhərinə qayıdır və orada təsərrüfat işləri ilə məşğul olur. Füzuli camaat arasında böyük xətir-hörmət qazanır. Onu da qeyd edim ki, bu mərd, qoçaq oğlanı kənd camaatı Zamin kimi tanıyırlar.
    1988-ci ildən qəddar ermənilər yaxın ərazilərdəki azərbaycanlılara zülm etməyə başlamışdılar. Qanında qeyrət, namus olan insanlar bu fitnəkarlığın, zülmün qarşısını almağa can atırdılar. Bütün ərazilərimizdə könüllü özünümüdafiə dəstələri yaradılırdı. Xocalıda da könüllülərdən ibarət bir batalyon təşkil olundu. Füzuli həmin batalyona yazılaraq Xocalının müdafiəsinə qoşuldu. Ermənilərin törətdikləri cinayətləri görən Füzuli əsəblərini cilovlaya bilmirdi. Kənd camaatının nəzərində onsuz da dəliqanlı olan bu oğlan belə anlarda özünə yer tapa bilmirdi. Qana-qan hissi ürəyini didib parçalayırdı. Qərara gəlir ki, ermənilərin payını verməlidir və 1989-cu ildə kəndlərinə yaxın yerdə qurulmuş erməni postuna hücum edərək oranı dağıdır. O zamankı dövlət orqanları Füzulinin bu hərəkətini yaxşı qarşılamır, ona 4 ay həbs cəzası verir. Xeyli çalışmalardan sonra həbsdən buraxılır və yenidən Xocalının müdafiəsinə qoşulur. Bu dəfə kəşfiyyatçı kimi batalyonda xidmət etməyə başlayır.
    1990-cı il. Erməni siyasətbazlarının Xankəndinə girişinə mane olmaq lazım gəlir. Bunun üçün mütləq Xocalı aeroportunu partlatmaq qərara alınır və 4 nəfərdən ibarət qrup yaradılır. Füzuli də həmin qrupda olur. Gecikdirilmədən əməliyyat uğurla həyata keçirilir. Lakin qəddar ermənilərin cinayətləri səngimir. Bir-birinin ardınca aparı-lan düşmənçilik siyasəti nə-ticədə Xocalı faciəsinə gə-tirib çıxardı. Bu zaman Fü-zuli onlarla insanın döyüş meydanından çıxarılmasına kömək etdi. Hətta Milli Qəhrəman Aqil Quliyevi də yaralı vəziyyətdə düşmən əhatəsindən xilas etdi. Qor-xubilməz döyüşçü düşmənə qarşı cəsarətlə mübarizə aparırdı. Zirehli texnikanın mərmiləri və güllə yağışı onu dayandıra bilmirdi. Bir qrup qadını və uşağı Xoca-lıdan Ağdama gətirdikdən sonra yenidən geri qayıdır və qanlı, şaxtalı gecədə– 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Füzuli də digər xocalılarla birlikdə qanlı genosidin qurbanı olur. O, boynundan ağır güllə yarası alır. Füzulini ölümün əlindən almaq üçün Ağdama qospitala gətirirlər. Lakin bu cəsur döyüşçü aldığı yaradan dünyasını dəyişir və şəhid olur. Onu doğulduğu, həm də yaxınlarının yaşadığı Tərtər rayo-nunun Hüsənli kəndində torpağa tapşırırlar. O qanlı gecədə xilas olan xocalılar Füzulini unutmurlar, onun qəhrəmanlığını əbədiləş-dirmək üçün Füzuli Rüs-təmova ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir.
    Bu gün Milli Qəhrəman Füzuli Rüstəmov təkcə uğ-runda şəhid olduğu Xo-calının və həm doğum yeri, həm də son mənzili olan Tərtərin deyil, bütün Azər-baycanın qəhrəmanıdır.
    Elfuzə VƏLİYEVA
    “Yeni Tərtər” qəzeti
    27 aprel 2018-ci il

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.