Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    BİRLİYİMİZİ SARSIDA BİLMƏYƏCƏKLƏR

    Azərbaycan günü-gündən inkişaf edir, şəhər və rayonlarımız abadlaşır, gözəlləşir. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, vətəndaşlarımızın yaşayış səviyyəsi yaxşılaşır. Yəni ölkəmizdə bütün sosial proqramlar həyata keçirilir: pensiyalar, müavinətlər verilir, yoxsulluq səviyyəsinin aşağı düşməsi üçün ardıcıl tədbirlər görülür. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin daimi diqqət mərkəzindədir. Bu təbəqədən olan insanlar üçün yeni qəsəbələr salınır, güzəştlər edilir.
    Avropa Parlamentində, bütün dünyada bunların hamısını bilir və görürlər. Onu da yaxşı bilirlər ki, Azərbaycanda milyondan artıq qaçqın və məcburi köçkün var.
    Bəs, bütün bunlara baxmayaraq, Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyasının məqsədi nədir? Necə olur ki, illərlə bir milyondan artıq qaçqının zülmünü görməyən, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına göz yuman insanlar indi özlərini haqqın tərəfdarı kimi göstərir, bizə nəyi isə sübut etməyə çalışırlar?
    Biz yaxşı bilirik ki, bunun arxasında yalnız gözügötürməzlik dayanır. Bəzi dövlətlər Azərbaycanın sürətli inkişafını gözdən salmaq, çirkin niyyətlərini həyata keçirmək üçün hər vasitəyə, o cümlədən şər və böhtana əl atırlar.
    Ancaq bizim güclü dövlətimiz var, xalqı sevən və xalq tərəfindən sevilən Prezidentimiz var. Odur ki, nə Avropa Parlamenti, nə də digər dövlətlər bu birliyi sarsıda bilməyəcək.

    Zabil ZEYNALOV,
    Umudlu kənd tam orta
    məktəbinin direktoru

    Müəllif: Redaktor, 13:37

    Teqlər:

İsmarıclar bağlıdır.