Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Məruzə ilə çıxış edən rəis Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, bu sahəyə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının ulu öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Polis işçiləri günü münasibətilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Tərtər Rayon Polis Şöbəsinin şəxsi heyətinə təbrikini çatdırıb, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
    Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələnib. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən, polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Tədbirdə iştirak edən rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi məhkəməsi İlqar Quluyev, Tərtər hərbi prokuroru Hümmət Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev və digərləri çıxış edərək, bir əsirlik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis işçisinə və şəhid olmuş polislərin ailələrinə Fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
    Tədbir konsert proqramı ilə davam etdirilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:10

İsmarıclar bağlıdır.