Pambıq
Bu il rayon üzrə 3427 hektar sahədə pambıq əkilib. Hazırda sahələrdə becərmə işləri görülür. Tarlalarda 5 dəfə ketmənləmə və kultivasiya işləri görülüb. Alağa, ziyanverici və xəstəliklərə qarşı dərmanlamadan istifadə olunub, 3104 hektarda vegetasiya suvarılması aparılıb.
Pambıq tarlalarındakı vəziyyət bol məhsuldan xəbər verir.
Bu məqsədə çatmaq üçün aqrotexniki qaydada becərmə işləri davam etdirilir.
Barama
Bu günlərədək kümçülərimiz 500 qutu baramaqurdu toxumundan 17335,8 kq barama tədarük etmişlər. Barama tədarükü yaxın vaxtlarda başa çatdırılacaq.
Taxıl
Rayon üzrə cəmi 10908,4 hektarda taxıl əkilmişdir ki, bunun da 7093,9 hektarı buğda, 3814,5 hektarı arpadır. Bu günlərdə taxıl biçini yekunlaşacaq. Biçilmiş sahələrdən cəmi 41904,2 ton məhsul götürülmüşdür ki, bunun da 29034,2 tonunu buğda, 12870 tonunu arpa məhsulu təşkil edir. Bu günlərədək hər hektardan məhsuldarlıq buğda üzrə 41,6, arpa üzrə 33,7, cəmi məhsuldarlıq 38,8 sentner olmuşdur. Hazırda tarlalarda “sarı kəhrəba”nın biçilməsi davam etdirilir.
Şəkər çuğunduru
Çuğundur becərənlərimizin qayğısı ilə 670,5 hektarda şəkər çuğunduru əkilmişdir. Sahələrdə kultivasiya və ketmənləmə aparılıb. Ziyanverici və həşəratlara qarşı kimyəvi dərmanlamadan istifadə olunaraq, vegetasiya suvarılması yerinə yetirilib. Çuğundur sahələrindən də bol məhsul gözlənilir.
“Yeni Tərtər”