Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyn

    Dövlət Qulluqçularının Peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edib. Bildirib ki, müstəqil respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Dövlət Qulluqçularının Peşə bayramı təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət Qulluqçularının Peşə bayramı elan olunub. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
    Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra yaranmağa başlayıb.
    2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmışdır.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.
    Rayonumuzun ayrı-ayrı müəssisələrində 265 dövlət qulluqçusu vəzifəsi var. Həmin vəzifələrdə hazırda 234 nəfər çalışır. Dövlət qulluğunda çalışanların 34-ü gənclər, 57-si qadınlardır. 219 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır.
    Bu gün Azərbaycanda dövlət qulluqçularının yaxşı işləməsi və xalqa daha yaxşı xidmət etməsi üçün hər cür şərait yaradılıb.
    Tədbirdə rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, Canyataq kənd İƏD üzrə nümayəndə Bəkir Ağayev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Ramiz Mustafayev çıxış edərək, bütün dövlət qulluqçularını təbrik edib, möhtərəm Prezidentimizə dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
    Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.