Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    Tərtər rayonunda “Erkən nikah və işsizlik insan alverinə şərait yaradan səbəblər” kimi mövzusunda maarifləndirmə tədbiri keçirilib.
    Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Tərtər Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunub. Ümumtəhsil məktəblərinin psixoloqlarının, gənclərin, sosial işçilərin və digərlərinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı müzakirələr və maarifləndirmə aparılıb.
    İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda qurbana çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə ətraflı məlumatlar verilib. İnsan alveri qurbanlarının, eləcə də potensial qurbanlarının (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin) cəmiyyətə fəal inteqrasiyasında onların məşğulluğunun təmin olunmasının da xüsusi önəm kəsb etdiyi qeyd olunub. Həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, habelə onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması, məşğulluq problemlərinin həlli istiqamətində görüləcək işlər müzakirə olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:05

İsmarıclar bağlıdır.