Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    Hər bir dövlətin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa gələcəyin etibarlı təminatı olan kadr hazırlığından asılıdır. Çağdaş dünya çağırışlarına cavab verən təhsil sisteminin yaradılması ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsinə çevrilib.
    Bu sahədə əsası ümummilli liderimiz tərəfindən qoyulan islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Təhsil sahəsində atılan genişmiqyaslı addımlar böyük nailiyyətlər əldə edilməsinə və dövlətimizin sürətli inkişafına əsas baza yaradan amildir.
    Təhsil sahəsində görülən bütün işlər savadlı, istedadlı gənclərin yetişməsinə və cəmiyyətin intellektual potensialının artmasına zəmin yaradır. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, – deyən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti bu gün öz bəhrələrini verməkdədir.
    Qədim diyarımızda təhsilin inkişafı ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər kadr potensialının gücləndirilməsinə xidmət edir. Gənclərin səsi beynəlxalq səviyyəli tədbirlərdən gəlir. Biz də onların ardıcılı olaraq, bu gün respublikanın təhsil sistemində yaradılmış yüksək şəraitdən səmərəli istifadə etməli, qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsində fəal olmalıyıq.
    Bu gün təhsil sahəsində əsas məqsəd Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı şəxsiyyət yetişdirməkdir.
    Ona görə də özümüzü bu ölkənin təfəkkürlü gəncləri siyahısında görmək üçün çalışmalıyıq. Hansı ixtisas və ya peşənin sahibi oluruqsa-olaq, həmişə öz üzərimizdə işləməli, ölkəmizin inkişafında bir vətəndaş kimi vəzifəmizi yerinə yetirməliyik. Vətənpərvər ruhlu gənc kimi öhdəliklərimizi, məsuliyyətimizi daha dərindən bilməli, yaradılan şəraitdən dolğun istifadə etməliyik ki, bizə göstərilən etimadı doğrulda bilək. Gələcək arzularımdan biri Tərtər Rayonunun Gənclər Paytaxtı seçilməsidir.

    Səbuhi KƏRİMOV,
    Mamırlı kənd tam orta
    məktəbinin coğrafiya müəllimi

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.