Tərtər Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllülük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin dövlət rəhbərinin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən artıq 2 nəfəri Tərtər Rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Tərtər rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib.
“Yeni Tərtər”