Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyn

    Rayonumuzda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular.
    Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
    Tədbirdə çıxış edənlər meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik ediblər. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildiriblər. Qeyd olunub ki, 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq, “Meliorator Günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq 5 iyun gününün “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.
    Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçilərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.