Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0
Arxiv
-
05Sen
Görüşünə can atdığım ünvanım,
İntizarım, həsrətimdi Kəlbəcər.
Sinəm üstə gövr eləyən yaradır,
Nisgilimdi, möhnətimdi Kəlbəcər.
Odur mənim ilk məskənım, son yerim,
Arzumdur ki, qucağında can verim.
Onsuz mənim yox qiymətim, dəyərim,
Adım-sanım, hörmətimdi Kəlbəcər.
Nə faydası uzaqdan ha yalvarım?!
Haqqım yoxdu sədaqətdən dəm vurum.
Alçaldılan ləyaqətim, qürurum
Tapdalanan qeyrətimdir Kəlbəcər.
Adı dağlar sonasıydı bir zaman,
Şerin, sözün mənasıydı bir zaman.
Çoxlarının anasıydı bir zaman
İndi özü bir yetimdir Kəlbəcər.
Asif, neynim, əlim çatmır nə vaxtdır,
Vətənimə getmək yasaqdır.
İndi mənə qürbət qədər uzaqdır,
Vətən adlı qürbətimdir Kəlbəcər.
Asif Talıboğlu
Müəllif: Redaktor, 08:16
Teqlər: Ədəbiyyat