Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0
Arxiv
-
05Sen
Umudlu inləyir dağlar başında
Sönüb ümidləri, itib güman da,
Ötüşür günləri qovğada, qanda.
Bir qərib durnadır azıb dumanda,
Qalıbdır tək-tənha üzük qaşında,
Umudlu inləyir dağlar başında.
Kimsəsiz yollara dikilib gözü,
Qəlbində çalxanır bir qəm dənizi.
Ayıq yuxusuna girər Təbrizi,
Ürəyi kövrələr dağın, daşın da,
Umudlu inləyir dağlar başında
Qartaltək tərk etmir o yuvasını,
Dayanıb gözləyir son qovğasını.
İtən obaların tutur yasını.
Boğulur o yerlər öz göz yaşında,
Umudlu inləyir dağlar başında.
Qaranlıq görünür sübhü, səhəri,
Taleyin əlindən içib zəhəri,
Yolunda qurbanlıq 105 nəfəri,
Şəhidlər hələ də cavan yaşında…
Umudlu inləyir dağlar başında…
Gəlsin, igidlərim yaraqlı gəlsin,
Bu ana torpağın ər oğlu gəlsin.
Qoy Cavanşir gəlsin, Koroğlu gəlsin
Göstərsin hünəri hərb savaşında,
Umudlu inləyir dağlar başında.
Umudlu inləyir dağlar başında!
Zabil Süleymanoğlu
Müəllif: Redaktor, 07:58
Teqlər: Ədəbiyyat