Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Sen

    Prokurorluq (1083 x 1083) (270 x 270)Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
    Terrorçuluğa qarşı mübarizə sahəsində istər universal, istərsə də regional təşkilatlar çərçi-vəsində əməkdaşlığı gücləndirməklə Azərbaycan Respublikası indiyədək terrorçuluğa qarşı mühüm beynəlxalq və regional konvensiyalara qoşulmuş, terrorçuluğa, mütəşəkkil cina- yətkarlığın digər növlərinə qarşı mübarizəyə dair çoxsaylı ikitərəfli saziş, protokol və memorandumlar imzalamışdır.
    Azərbaycan Respublikası Konstitusiyasına əsasən ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Ölkənin normativ-hüquqi aktları ilə beynəlxalq müqavilələr arasında təzadlar yarandığı təqdirdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarına üstünlük verilir. Beləliklə, imzalanmış beynəlxalq-hüquqi sənədlər Azərbaycanın qanunvericilik sisteminin tərkib hissəsidir və ərazisində qüvvə- dədir.
    Azərbaycan Respublikasının «Terrorçuluğa qarşı mübarizə haqqında» 18 iyun 1999-cu il tarixli Qanunu terrorçuluqla mübarizə sahəsində mühüm dövlətdaxili normativ hüquqi aktdır. Bu Qanun Azərbaycan Respublikasında terrorçuluqla mübarizənin hüquqi və təşkilati əsaslarını, terrorçuluğa qarşı mübarizəni həyata keçirən dövlət orqan- larının fəaliyyətinin əlaqələndirilməsi mexanizmini, habelə həmin orqanların və vətəndaşların hüquq və vəzifələrini müəyyən edir. Belə ki, həmin Qanunun müddəalarına görə «terrorçuluq» dedikdə, «ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilmə-sinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə» başa düşülür.
    «Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 17 may 2002-ci il ta-rixli 332-IIQD nömrəli Qanununa müvafiq olaraq «Terrorçuluğa qarşı mübarizə haqqında» Qanuna və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilmiş, nəticədə terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələr daxil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə müəyyən edilmiş təsnifata müvafiq olaraq bu normalarda sadalanan əməllər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır və xüsusilə ağır cinyətlərə aid edilmişdir. Azərbaycan Res-publikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddini müəyyən edən 20-ci maddəsinin müddəalarına əsasən terrorçuluq cinayətinin subyekti 14 yaşına çatmış, terrorçuluğu maliyyələşdirmə cinayətinin subyekti isə cinayət törədənədək 16 yaşı tamam olmuş hər hansı anlaqlı şəxs ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.1 maddəsinə əsasən «terrorçuluq» on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməli ağırlaşdırıcı hallarda, yəni qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, təkrar törədildikdə, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə on dörd ildən iyirmi ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.279986_801Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsinə əsasən «Terrorçuluğu maliyyələşdirmə» on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Terrorçuluğu maliyyələşdirmə əməlini törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayət tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsinə əsasən «Terrorçuluğa açıq çağırışlar» beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3-cü maddəsinə əsasən «Terrorçuluq məqsədi ilə təlim keçmə» beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin təlimləri təşkil etmə və ya keçirmə isə doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma» – Azərbaycan Respublikası vətəndaşlarını və ya burada daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı doqquz ildən on iki ilədək müddətə, eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Maddənin qeyd hissəsinə əsasən yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda şəxs cinayət məsuliyyətindən azad edilir.
    Hər hansı bir cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, yaxud odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyəti ağırlaşdıran hallar hesab olunur. Bununla yanaşı, AR Cinayət Məcəlləsinin 75.5-ci və 80.4-cü maddələrinə əsasən beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum edən, terror aktı törədən və ya terrorçuluğu maliyyələşdirən şəxslərə cinayət məsuliyyətinə cəlb etmənin və ya məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünün müddətinin keçməsi tətbiq edilmir.
    Mövcud qanunvericiliyə müvafiq olaraq, dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər və vətəndaşlar terrorçuluğa qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar. Terrorçuluğun aşkar edilməsində və qarşısının alınmasında, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsində kömək edə biləcək məlumatlar və hadisə barəsində hüquq-mühafizə orqanlarına xə-bər vermək hər kəsin borcudur.

    Rəşid BAYRAMOV,
    Tərtər Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru

    Müəllif: Redaktor, 07:38

    Teqlər:

İsmarıclar bağlıdır.