Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,522
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

     

    Papaq atmaq.
    Qapıya atılan papağı boş qaytarmazlar.

    Qulaq falına çıxmaq.
    Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
    Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağırlığım-uğurluğum odda yansın”.
    Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
    Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
    Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
    Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
    Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
    Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.

    Müəllif: Redaktor, 09:35

    Teqlər:

İsmarıclar bağlıdır.