Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Avq

    1247985227_5004Məkkə müsəlmanların müqəddəs şəhəridir. Səudiyyə Ərəbistanının qərbində, Qırmızı dənizdən 100 km aralıqda yerləşir. Sahəsi 11,6 min kvadrat kmdir. Məhəmməd Peyğəmbər (s.ə.s) burada doğulub. Kəbə də burada yerləşir. Məkkəni hər il 1,5 mlndan çox müsəlman ziyarət edir.
    Həccin müəyyən şərtləri və gedilməməsi məsləhət olan bəzi zərurətləri var. Bu hallarda olmayan şəxsin şəxsən getməsi fərzdir. Ancaq xanımlar üçün şərtlər bir az fərqlidir. Hər şeydən əvvəl bir xanıma həccin fərz ola bilməsi üçün özünə aid malı olmalıdır. Həccə gedib-gələ bilməsinə yetəcək miqdarda çox və ya təyin olunmuş miqdarı aşan malı varsa, həmin qadının Həccə getməsi boynuna fərz olunmuşdur. Uşaqların bütün ehtiyacları həyat yoldaşına aid olduğuna görə bu qadın həccə getməlidir. Hədislərdə də ifadə olunduğu kimi Allaha və axirət gününə inanan bir qadın yanında mərhəmi olmadan 3 günlük məsafəyə səfər edə bilməz. Yəni təyin olunmuş miqdarı aşmış mala sahib olan, lakin yanında mərhəmi olmayan şəxsə də Həcc fərz deyildir, hətta belə həcc səhih də deyildir. Belə bir qadın fərz olan bir ibadəti yerinə yetirib savab qazanmaq istərkən islami hökmə qarşı çıxmaqla günah qazanmış olur. Bu, ilk baxışdan qəribə təsir bağışlasa da, Həcc mövsümündə Kəbənin vəziyyətini, ordakı izdihamı və qadınların düçar olduqları sıxıntını nəzərə alsaq bu şərtin qadınlar üçün bir rəhmət olduğunu daha yaxşı anlamış olarıq.

    Müəllif: Redaktor, 08:49

    Teqlər:

İsmarıclar bağlıdır.