Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kənd İƏD üzrə nümayəndəliyin Yuxarı Qaradağlı kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Fərman Vəliyev kənd yolunun asfaltlanması, Çingiz İsayev isə məktəbə idman meydançası üçün yer ayrılması barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafından və əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.
Kənd sakinləri əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”