1995-ci ildən BMT-nin təşəbbüsü ilə hər il dekabrın 19-da dünya ictimaiyyəti Kasıblara Beynəlxalq Kömək Gününü qeyd edir. Dünya iqtisadiyyatı çox sürətlə inkişaf etsə də, zəngin və dəbdəbəli həyat sürənlər kifayət qədər çox olsa da, yoxsulluq yenə də bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Əksər ölkələrdə kasıblara həm dövlət təşkilatları və beynəlxalq proqramlar vasitəsilə, həm də müxtəlif dini və xeyriyyə təşkilatları, eləcə də ayrı-ayrı adamlar yardım göstərirlər.
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun Qarabağ Regional “Bilik evi” tərəfindən həmin gün rayonumuzda da xeyriyyə aksiyası keçirilib. Bir neçə yoxsul ailəyə ərzaq yardımı edilib.
Aksiyanın keçirilməsində məqsəd həmçinin bu ailələrin problemlərinə cəmiyyətin diqqətini yönəltmək olub.
“Yeni Tərtər”