Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

    Ölkə Prezidenti İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsi heyvandarlıq sahəsində çalışan fermer və ailə fermer təsərrüfatı üzvlərinin bu sahəyə marağını qat-qat artırmışdır. Hazırda rayonumuzda 27 min 788 baş iribuynuzlu mal-qara bəslənilir. Onların 12 min 80 başı sağılan ana inəklərdir. Fərdi təsərrüfatlarda 60 min 141 baş xırdabuynuzlu heyvanlar vardır. Ötən illə müqayisədə iribuynuzlu malların sayı 625 baş artıb.
    Rayonumuzun maldarlıq sahəsində çalışan fermerlərindən öz işini yaxşı bilənləri çoxdur. Bəyimsarov kəndində yaşayan sahibkar Habil İbrahimovu hamı yaxşı, işbilən bir təsərrüfatçı kimi tanyır. Onun təsərrüfatında Almaniyadan gətirilən 250 baş cins mal-qara bəslənilir. Bunun 170 başı sağılan inəklərdir, qalan 80 başı isə damazlıq üçündür. Bu təsərrüfatda bəslənilən ana inəklərdən hər gün emal müəssisəsinə 2000-2200 kiloqram süd təhvil verilir.
    Təsərrüfatda cins mallar üçün müasir tipli heyvandarlıq kompleksi də tikilib. Sağım maşınla aparılır. Bu təsərrüfatın sahəsində əkilən 70 hektar qarğıdalının 40 hektarı silos üçün, 30 hektarı isə dən üçün nəzərdə tutulub. Burada indiyədək 1400 tondan çox silos basdırılıb. Təsərrüfatda qışa hazırlıq məqsədi ilə yonca sahələrindən qaba yem tədarükü davam etdirilir.
    Borsunlu kəndində də işlər öz axarı ilə davam edir. Burada da təsərrüfatın digər sahələri kimi heyvandarlıq sahəsində çalışan Rabil Piriyevin təsərrüfatında 65 hektar sahə var. Həmin sahənin 43 hektarında yonca, 10 hektarında silos üçün qarqıdalı əkilmiş, qalan sahələri isə örüş üçün istifadə olunur. Rabil Piriyevin işçisi Əşrəf Muradov deyir ki, hazırda təsərrüfatımızda 35 baş sağılan malımız var. Hər gün emal müəssisəsinə 160-170 kiloqram süd göndəririk. İldə təsərrüfatımızdan 20 başdan çox ətlik heyvan satılır.
    Bu təsərrüfatda iribuynuzlu mal-qaradan başqa 600 başa yaxın qoyun-quzu bəslənilir. Elə bu hesaba hər il 230-250 baş erkək quzu bəslənilib satılır. Bütün bunlar isə bu sahədə çalışanların işə olan marağını daim artırır.
    Bundan başqa rayonumuzda yaxşı işi ilə tanınan fermerlərdən biri də Seydimli kəndində yaşayan Nəsib Vəliyevdir. Onun təsərrüfatında da 30 baş iri-buynuzlu mal bəslənilir. Malların 20 başı ana inəklərdir. Digər 10 baş mal isə damazlıq üçün nəzərdə tutulub. Malabaxan Səməndər Əhmədov deyir:
    –Hər gün təsərrüfatımızdan emal müəssisəsinə 80-90 kiloqram sud təhvil veririk. Buradan ildə 14-15 baş ətlik üçün mal satılır.
    Ümumiyyətlə, rayonumuzda heyvandarlıq uğurla inkişaf etdirilir.

    Arif BEHBUDOV,
    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri

    Müəllif: Redaktor, 10:05

    Teqlər:

İsmarıclar bağlıdır.