Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

    NAİLİYYƏTLƏRİN RƏHNİ ZƏHMƏTDİR

    DSC_6817Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqi ilə əlaqədar rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabatı dinlənilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmiş, sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilmişdir.
    DSC_6829İclası giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində ölkəmiz dinamik inkişaf edib, iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub.DSC_6832 Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Rayon rəhbəri bildirmişdir ki, 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olmuşdur. Bu möhtəşəm tədbir dünya miqyasında respublikamızın imicini daha da artırmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etmişdir.
    Rayon rəhbəri bildirdi ki, hesabat dövründə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişafdan rayonumuz da kənarda qalmamışdır. Qüvvələr səfərbər edildiyindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdiril- məsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində xeyli uğurlu işlər görülmüşdür.
    2015-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 69 milyon 61,2 min manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 8,4 faiz artaraq 38 milyon 449,4 min manata, sənaye məhsulunun həcmi 4,3 faiz artaraq 2 milyon 949,8 min manata, informasiya və rabitə xidmətlərinin həcmi 18,3 faiz artaraq 280 min manata, nəqliyyat sektorunda yükdaşımaların həcmi 5 faiz artaraq 250 min tona, sərnişin daşımalarının həcmi 6 faiz artaraq 4 milyon 260 min nəfərə, pərakəndə ticarət dövriyyəsinin həcmi 3,9 faiz artaraq 63,4 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6 faiz artaraq 11,9 milyon manata çatmışdır. İlin birinci yarısında rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3 milyon 567,7 min manat olmuşdur.
    Dövr ərzində rayonda 546 yeni iş yeri açılmışdır ki, onun da 166 daimi iş yerləridir.
    Hesabat dövründə rayon üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 milyon 449,4 min manat təşkil etmişdir. Onun 26,6 milyon manatı bitkiçilik məhsullarının, 11,8 milyon manatı heyvandarlıq məhsullarının istesalından əldə edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır.
    Kənd təsərrüfatı istehsalçılarına subsidiya və yardım verilməsi, mülkiyyətçilərin maddi maraqlarının yüksəl- dilməsi mühüm irəliləyişlərə səbəb olmuşdur. İlin ötən dövrü ərzində 10 min 843 hektar taxıl sahələrində biçin aparılmışdır. 5610 hektar buğda sahəsindən hər hektardan orta məhsuldarlıq 37,1 sentner olmaqla 20 min 837 ton buğda, 5233 hektar arpa sahələrindən hər hektardan orta məhsuldarlıq 34,5 sentner olmaqla 180 min 30 ton arpa məhsulu istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 2014-cü ilə nisbətən büğda üzrə 2,7 sentner, arpa üzrə 1,1 sentner artmışdır.
    Heyvandarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər davam etdirildiyindən, keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 410 baş, qoyun və keçilərin sayı 1017 baş artmış, 1827 ton diri çəkidə ət, 9511 ton süd, 6 mil-yon 690 min ədəd yumurta, 124 ton yun istehsal edilmişdir.
    Hesabat dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir.
    Tərtər şəhərinin və ona bitişik olan Səhlabad kəndinin içməli su və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılmışdır. Hazırda Tərtər şəhərinin N.Nərimanov, S.Məmmədov, M.Kərimov, M.Hüseynzadə küçələrində ümumi uzunluğu 3,5 km olan hissədə qazıntı və quraşdırma işləri aparılır.
    Yaxın günlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən rayonda daha bir 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılacaqdır. Rayon ərazisində mü-vəqqəti məskunlaşmış 1170 məcburi köçkün ailəsi üçün qəsəbənin tikilməsi, Sarıcalı-Zolgəran kəndləri ərazisində, Tərtər çayı üzərində yeni körpünün tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.
    Dövr ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 20 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmiş və 5000 kv.metr yaşıl qazon salınmışdır.
    Hesabat dövründə əhalinin və iqtisadiyyatın enerji ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilmişdir.
    Təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərin qazlaşdırılması işləri müvəffəqiyyətlə aparılır.
    Məruzə ətrafında polis şöbəsinin rəisi Rauf Məcidov, suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov, Tərtər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vüsal Əzizov, rayon prokuroru Azər Hətəmov çıxış etmişlər.
    Hesabat yığıncağında müvafiq qərar layihəsi təsdiq edilmişdir.
    Tədbirin sonunda “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova “Tərəqqi”, rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayevə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunmuşdur.

    Müəllif: Redaktor, 15:40

    Teqlər:

İsmarıclar bağlıdır.