“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev
Müharibənin qaçılmazlığı
Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edir.
Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Daha ətraflı »


Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib.
2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi. Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün xalqımızın yaddaşından heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq.
Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib. Dövlət başçısı Universitetin tələbələri ilə görüşdə çıxış edib.
Bir il əvvəl – 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma baş verdi.
I Qarabağ müharibəsi veteranı Akif Lalayev danışır ki, oğlum Ruslan kiçik yaşlarında olanda üzümdəki çapıqları görüb soruşurdu: “Bunlar nədi, ata?” Mən də bildirirdim ki, ermənilərlə döyüşlərdə olub, bu, onların mənə vurduqları yaraların izləridir. Onda Ruslanı qəzəb bürüyür və deyirdi: “Mən sənin intiqamını onlardan alacağam, ata! Bütün Lalayevlər nəslinin qisasını alacağam”. Cavabında oğluma başa salırdım ki, düşmən yalnız bizim ailəyə zərbə vurmayıb, milyonlarla azərbaycanlı nankor qonşularımızın zülmünə məruz qalıb və böyüyən nəsil şəhidlərimizin, yaralıların, ev-eşiklərindən didərgin düşənlərin, əsirlikdə saxlanılanların qisasını almalıdır.
Cavid Səfərov 24 yanvar 2005-ci ildə rayonumuzun Seydimli kəndində dünyaya gəlib. 5-ci sinfə qədər bu kənddə təhsil alıb. Sonra isə təhsilini şəhər 1 saylı tam orta məktəbində davam etdirib.
Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb.
Cəmi iki gün davam edən və çox böyük, illərlə gözlənilən nəticə ilə yekunlaşan lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri–Evoğlu kəndindən olan Vəlizadə Rəşad Elşən oğlunun ailəsindəyik.
Yeni ismarıclar