Vətənpərvərlik sevgisi insanda kiçik yaşlarından başlayır. Ananın verdiyi tərbiyə ilə uşaq ailəyə, yaşadığı evə, kəndə, şəhərə bağlanır. Böyüdükcə bu istək daha da, formalaşır. Məktəbdə illərdə, kollektivdə çalışdığı anlarda artıq vətən, torpaq sevgisinə çevrilir.
Fuad Əmirli 1996-cı ildə Sarov kəndində anadan olub. İlk təhsilini boya-başa çatdığı Sarov tam orta məktəbində, sonra isə Tərtər texniki peşə məktəbində alıb. Çilingər ixtisasına yiyələnib. O da başqa gənclərimiz kimi ailəsini, doğma kəndini ürəkdən sevir. 2014-cü ilin əvvəlində hərbi çağırış yaşı çatmış həmyaşıdları kimi əsgəri xidmətə yollandı. Xidmət müddətində mətinləşdi, hərbi texnikanın sirlərinə yiyələndi, vətənin gərəkli oğluna çevrildi. Bu günlərdə Fuadın ailəsində bir sevinc yaşandı. O, hərbi xidmətini layiqincə başa çatdırıb evlərinə döndü. Anası Könül xanımın sevincinin həddi-hüdudu yoxdur. “Dünən uşaq kimi yola saldığım balam bu gün kişi kimi qayıdıb evimizə”-deyir. Daha ətraflı »
-
01MarDigər YURD SEVGİSİ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
01MarDigər CƏBHƏYANI KƏNDLƏRDƏ BÖYÜYƏN UŞAQLAR üçün şərhlər bağlıdır
Dəmirçilər rayonumuzun cəbhəyanı kəndlərindən biridir.
Bu kəndlərdə doğulub boya–başa çatan uşaqlar körpə yaşlarından müharibənin nə olduğunu bilirlər. Odur ki, hər bir oğlan uşağının arzusu tez böyüyüb düşməndən intiqam almaqdır.
Eşqin Cəfərli də hələ orta məktəbdə oxuyarkən düşmənlərimizin nə qədər qəddar olduğunun həm əldə etdiyi məlumatlardan, həm də öz doğma kəndinin timsalında yaxşı bilirdi. Ermənilərin ucbatından onun və digər uşaqların çox sevdikləri meyvə bağlarında ağaclar bar verməmiş məhsul məhv olurdu,valideyinlərinin min–bir əziyyətlə yetişdirdikləri taxıl zəmiləri, yoncalıqlar susuzluqdan saralırdı.
Eşqin hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2014 –cü ilin iyul ayında onların evində məclis quruldu, babalar, nənələr, dayılar, bir sözlə, bütün doğmalar ona xeyir-dua verib ordu sıralarına yola saldılar.
Ordu həyatı sənə nəyi öyrətdi? –sualına Eşqin belə cavab verdi: Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar