
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq hər il ferval ayının 15-dən may ayının 1-dək respublikamızın əhalisi pulsuz olaraq tibbi müayinədən keçirilir. Bu sahədə rayonumuzda görülən işlər barədə ətraflı məlumat almaq məqsədilə rayon mərkəzi xəstəxanasında olduq. Baş həkimin müavini Sevda Əliyeva ilə görüşdük. Həkim bildirdi ki, bu aksiya rayonumuzda mütəşəkkilliklə keçirilir. Ötən illərdə olduğu kimi bu il də çalışacağıq ki müayinədən keçməmiş insanlar qalmasın.
Müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Tibb məntəqələrində iş cədvəli tərtib olunub. Daha ətraflı »
-
07MarSəhiyyə ƏHALİNİN TİBBİ MÜAYİNƏSİ DAVAM EDİR üçün şərhlər bağlıdır
Teqlər: Səhiyyə
-
27FevSəhiyyə ƏHALİNİN NÖVBƏTİ TİBBİ MÜAYİNƏSİNƏ BAŞLANILDI üçün şərhlər bağlıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 1-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb.
Bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılıb. Cədvəl əsasında rayon mərkəzi xəstəxanasının tibb işçiləri fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlayıblar.
Ümumilikdə, tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 58 min 366 nəfərin keçməsi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında olub, tibb işçiləri və müayinəyə gələnlərlə görüşüb.“Yeni Tərtər”
Teqlər: Səhiyyə
-
09YanSəhiyyə QRİP üçün şərhlər bağlıdır
Qrip–müxtəlif tip viruslar tərəfindən törədilən, əsasən ümumi intoksikasiya, əlamətləri, qısa qızdırma dövrü və yuxarı tənəffüz yollarının kəskin iltihabı ilə gedən xəstəlikdir. Xəstəliyin mənbəyi qripə yoluxmuş şəxslərdir.
Xüsusilə xəstəliyin ilk günləri tənəffüz yollarının seliyi ilə çoxlu virus öskürək, asqıraq və danışıq zamanı 1,5-2 m, məsafəyə yayılaraq sağlam şəxsləri asanlıqla yoluxdurur. Xəstəliyin sürətlə yayılması virusun hava-damcı yolu ilə asan keçməsi və orqanizmin qrip infeksiyasına qarşı yüksək dərəcədə həssaslığı ilə izah etmək olar.
Qripin gizli dövrü bir neçə saatdan 3 günə qədər çəkə bilər. Xəstəlikdə əsasən 2 sindrom intoksikasıya və tənəffüs yollarının iltihabı əsas yer tutur. Xəstəlik qəflətən başlayır. Güclü titrətmə, ya üşütmədən sonra dərhal temperatur yüksək dərəcəyə qalxır. İlk saatlarda şiddətli baş ağrısı, zəiflik, halsızlıq, əzələlərdə, sümüklərdə və iri oynaqlarda sızıltılı ağrı əmələ gəlir. Xəstələnəndə baş gicəllənmə, bəzən bayılma halları, qusma, iştahsızlıq, ağızda quruluq, yanğı əmələ gəlir. Hemorargik əlamətlər–burun qanaxması, diş ətindən qanaxma qeyd edilir. İlk günlərdən xəstədə burun tənəffüsünün çətinləşməsi olur, boğazı quruyur, qaşınır, quru öskürək, döşün arxasında göynəmə, ağrı əmələ gəlir. Daha ətraflı »Teqlər: Səhiyyə
-
09YanSəhiyyə İnsanın sağlamlığı onun xoşbəxtliyidir üçün şərhlər bağlıdır
ÜMUMDÜNYA QİÇS-lə MÜBARİZƏ GÜNÜ

XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS–Qazanıl- mış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS in-sanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik–bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.
Bir sıra Avropa ölkəsində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, həmin mərəzə tutulanlara tibbi, maddi və digər yardımlar göstərilir. Ancaq bu xeyirxah səylər bəzən lazımi effekti vermir. Belə ki, cəmiyyətin özündən gələn müxtəlif paradokslar da baş verir. Bu yaxınlarda aparılan araşdırmalar maraqlı bir faktı ortaya çıxardı: bir çox QİÇS daşıyıcısı özünü bilərəkdən belə bir mərəzə yoluxdurur ki, maddi vəziyyətini “düzəldə” bilsin. Özü də belə “xəstələr”in sayı o qədər də az deyil. Gördüyünüz kimi, cəmiyyətin atdığı müsbət addımlar bəzən nə ilə nəticələnə bilir…
Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir. Daha ətraflı »Teqlər: Səhiyyə
-
27DekSəhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

Səhiyyə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.
Aksiyada 200-ə yaxın insan qan veribTeqlər: Səhiyyə
-
28NoySəhiyyə XALQ TƏBABƏTİ üçün şərhlər bağlıdır
ASTMA4 cay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gecəni saxlayırlar və süzürlər.Ondan gündə 3 dəfə 1/2 stəkan icirlər. Bu bitkinin çiçəklərini də istifadə etmək olar: 2 xörək qaşığı çiçəyin üzərinə ev temperaturunda 2 stəkan su tökərək 1 saat saxladıqdan sonra süzürlər. Ondan gundə 3- 5 dəfə 1/2 stəkan içirlər. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gundə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər.
Teqlər: Səhiyyə
-
28NoySəhiyyə ALLERGİYA üçün şərhlər bağlıdır
Dəmrovotu otundan 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gundə 2 dəfə səhər və axşam yeməyə İ5-20 dəqiqə qalmış 1/4-1/2 stəkan icmək lazımdır.
Aprel-may aylarında cavan ciyirtkanı ustdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda doğrayırlar, 1 litrlik bankaya yığırlar və uzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn covhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə verirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla, həmcinin sakitləşdirici bir dərmandır.Teqlər: Səhiyyə
-
28NoySəhiyyə BÖYRƏKLƏRDƏ DAŞ üçün şərhlər bağlıdır
1 cay qaşığı xırdalanmış marena kökunun uzərinə 1 stəkan soyuq su tökurlər. 10 saat saxlayırlar, sonra 5 dəqiqə qaynadıb süzürlər. Bu dozanı səhər isti-isti böyrəklərdə fosfat daşları olduqda içirlər.Teqlər: Səhiyyə
-
28NoySəhiyyə BAĞIRSAQ ZƏİFLİYİ üçün şərhlər bağlıdır
10 q zirəni 1 stəkan qaynar suda saxlayırlar. Ondan gündə 1 xörək qaşığı 3-5 dəfə bağırsaq atoniyasında qəbul edirlər. Buna bənzər hallarda 1 q zirə toxumunun tozunu gündə 2-3 dəfə icirlər.Teqlər: Səhiyyə
-
28NoySəhiyyə KÖKƏLMƏ üçün şərhlər bağlıdır
Qaynanmış lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət təsir göstərir. Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur.Teqlər: Səhiyyə


Yeni ismarıclar