Aişə Bayramlı şəhər 1 saylı tam orta məktəbin şagirdidir. O, hələ şagird partasında əyləşsə də, bugündən öz gələcəyini qurmağa çalışır və buna çox gözəl nail olur. Aişənin nailiyyətlərini oxucularımıza onun öz dilindən təqdim edirik.
Mən 3D oyun dizayneri və sahibkaram. 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanında 270.1 bal toplayaraq Tərtər üzrə 1-ci oldum. Lakin bundan əlavə bir çox beynəlxalq və yerli müsabiqələrdə iştirak etmiş və qalib olmuşam.
2021-ci ildə Tərtər-Bərdə-Ağdam rayonlarının ilk ingiliscə gender bərabərliyi mövzusunda tamaşalarında (Drammer) oynamış və fərqlənmişəm. PolyUp Azərbaycan qalibiyəm.
Qlobal istiləşmə probleminin həll olunması məqsədi ilə layihə hazırlamış və Stanford Universiteti tərəfindən mükafatlan-ırılmışam. Layihəm isə Stanford tərəfindən 2021-ci ilin ən yaxşı layihələrindən biri olaraq elan olunmuşdur.
Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna əsas Tərtər təmsilçisi seçilmiş və forumda iştirak etmişəm.
Mərkəzi Amerikada yerləşən Let’sMOD şirkətinin məsləhət şurasındakı 2 şagirddən biriyəm. 3 ilə yaxındır ki, Let’s-MOD şirkətində fəaliyyət göstərirəm və Let’sMOD Azərbaycan İcmasının lideriyəm.
2022-ci ildə keçirilmiş “Global Let’sMOD Competition”un qalibiyəm. Let’sMOD-ı yuxarı səviyyədə bildiyim üçün şirkət tərəfindən onlayn yay düşərgəsinə dünyanın fərqli ölkələrindən şagirdlərə 3D modelləşdirmə, riyaziyyat, dizayn və s. kimi mövzularda ingiliscə dərslər keçmək üçün dəvət olunmuşdum. Həmçinin “2022 Summer Camp” müsabiqəsində dünya üzrə 1-ci yerə layiq görülmüşəm. Daha ətraflı »


59 il bundan əvvəl rayonumuzda peşə məktəbinin açılması həm Tərtərimizin, həm də ətraf rayonların həyatında əlamətdar hadisə oldu. Çünki bütün dövrlərdə öz peşəsini sevən və yaxşı bilən kadrlara ehtiyac olub.
Ş-ərəf, U-ğur, Ş-əhadət, A-zadlıq və daha nələ-nələr yaza biləcəyimiz ecazkar şəhər.
Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mənim doğma Tərtərimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi hər bir tərtərli kimi məni də çox qürurlandırdı. Universitet müəllimlərinin, görkəmli alimlərin orta məktəblərdə, “Gənclər Mərkəzi”ndə şagirdlərlə, gənclərlə keçirdikləri görüşlər mənə orta məktəb illərimi xatırlatdı. O illərdə cəbhəyanı bir kəndin – Qapanlı kənd məktəbinin şagirdi olsam da, çox fəal idim və dəfələrlə müxtəlif bilik yarışmalarında, olimpiadalarda qalib olub mükafatlandırılmışdım. Bundan sonra Bakı Dövlət Universitetində bakalavr, sonra isə magistr pilləsini müvəffəqiyyətlə bitirdim.
Şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbdə keçirilən növbəti tədbir “Heydər Əliyev ili”nə həsr edilmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Acılı-şirinli tələbəlik həyatı insana həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz ayaqları üzərində necə durmağı öyrədən bir mərhələdir. Bəli, mən–Quluyeva Səbinə Elxan qızı, jurnalistika ixtisası üzrə oxuyan, həyatının ən böyük arzusunu reallaşdıran gənc bir tələbəyəm. Tələbəlik həyatı çox gözəldir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir”adlı respublika rəsm və əl işləri müsabiqəsində Tərtər rayon Uşaq Gənclər Inkişaf Mərkəzinin dərnək üzvləri Aysu Qasımlı və Minayə Həsənli rəsm və əl işi nomina-siyası üzrə birinci yerə çıxaraq diplomla təltif olunmuşlar.
Tərtər Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Buruc kənd tam orta məktəbində direktor müavinlərinin, uşaq birliyi rəhbərinin, psixoloqun və məktəb üzrə fəal şagirdlərin iştirakı ilə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Gənclər və İdman idarəsinin əməkdaşı Nəriman Nərimanzadə uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2021-ci və 2022-ci illərdə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti barədə danışıblar.
Şəhid Adil Həsənov adına Buruc kənd tam orta məktəbində keçirilən tədbir şəhidlər Ruslan Şahbazova, Orxan Şəmilova və Mübariz Nəcəfova həsr olumuşdu. Tədbirin keçirilməsində məqsəd məktəbin ən fəal siniflərinə şəhidlərimizin adlarının verilməsi və əbədiləşdirilməsidir. 3-cü sinfə 44 günlük Vətən Müharibəsi şəhidi Ruslan Şahbazovun, 6-cı sinfə 2008-ci il-də mənfur ermənilərin təxribatı nəticəsində şəhid olmuş Orxan Şəmilovun, 8-ci sinfə isə Birinci Qarabag müharibəsi şəhidi Mübariz Nəcəfovun adları verildi. Hər üç sinifdə Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda və erməni vandalizmi nəticəsində şəhid olmuş igidlərin keçdiyi həyat yolunu xatırladan məlumatlar, şəkillər vurulub, xüsusi guşələr yaradılıb. Məktəbin müəllim və şagirdləri əvvəlcə şəhidlərin uyuduğu məzarları ziyarət edib, üstünə gül-çiçəklər düzüb, evlərinə gedərək valideynləri yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 420 şagird yerlik Yuxarı Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Yeni ismarıclar