31Avq
PƏRVANƏ SÜLEYMANLI –641 BAL
641 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan Pərvanə Süleymanlı Sarov kənd tam orta məktəbinin məzunudur. Bizimlə söhbətində Pərvanə dedi:
–Uşaqlıqdan həkimlik peşəsi mənə qeyri-adi görünüb. Həmişə özümü insanlara şəfa bəxş edən “ağ xalatlılar” sırasında görmək istəmişəm.
Pərvanənin gərgin zəhməti öz bəhrəsini verib. Bu gün doğma məktəbinin müəllimləri və valideynləri onunla birlikdə sevinirlər.
Teqlər: Təhsil
31Avq
Fidan Ağazadə şəhər 1 saylı tam orta məktəbini bu il bitirib. Bir çox həmyaşıdları kimi bu günlər onun da sevinci hədsizdir. Həkim olmaq, insanların sağlamlığı keşiyində durmaq arzusu ilə IV qrup üzrə imtahanlardan 637 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.
Onlar ailədə bir qardaş, 1 bacıdırlar. Fidanın böyük qardaşı Orxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kursunda oxuyur.
Ailənin hər iki övladına təhsildə müvəffəqiyyətlər arzulayırıq.
Teqlər: Təhsil
31Avq
Şəhər 1 saylı tam orta məktəbin məzunu Aysel Səfərli 612 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Redaksiyamızda olarkən Aysel dedi: Təhsilimi başa vurandan sonra bir həkim kimi rayonumuza qayıtmaq və qəhrəman tərtərlilərin cansağlığı keşiyində dayanmaq ən böyük arzumdur.
Teqlər: Təhsil
31Avq
Onlar 2 bacı–Banu və Çiçək bir sinifdə oxuyublar. Şəhər 6 saylı məktəbin məzunlarıdır. Hər ikisi ali ixtisas məktəblərinə qəbul olunmaq üçün imtahan verərək eyni ixtisasa qəbul olunublar. Banu 604 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişsiz, Çiçək isə 225 balla Gəncə şəhərindəki Texnologiya Universitetinin ödənişli kompüter mühəndisliyi fakültəsində təhsil alacaqlar. Banu şəhər 6 saylı tam orta məktəbi müvəffəq qiymətlərlə bitirib. Məqsədi yaxşı oxumaq, gələcəkdə Vətənimizə layiqli bir övlad olmaqdır.
Teqlər: Təhsil
31Avq
Tural Yunisli Köçərli kənd tam orta məktəbini bu il bitirərək 638 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub.
Söhbət zamanı bildirdi ki, gələcəkdə arzusu səfir olmaqdır.
Turalın bacısı Leyla da ötən il Azərbaycan Dövlət Universitetinin tərcümə fakültəsinə daxil olub. Ailənin hər iki övladına ali məktəbləri yüksək qiymətlərlə başa vurmalarını arzu edirik.
Teqlər: Təhsil
31Avq
Orxan Əsgərov hərbi xidmətini bu il başa vurub. Ordudan tərxis olunandan sonra ali məktəblərə qəbul imtahanlarında iştirak edib və 635 balla Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub.
Əsgərliyə getməzdən əvvəl isə Orxan Şuşa Musiqi Texnikumunu bitirib. O, şəhər 1 saylı tam orta məktəbin məzunudur. Qardaşı Əli Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində təhsil allır.
Teqlər: Təhsil
31Avq
İbrahimzadə Nicat Sahib oğlu şəhər 2 saylı məktəb-liseyin məzunudur. Rayonda 600-dən yuxarı bal toplayanlardandır. II qrupda 2 dəfə imtahan verib, hər ikisində də yüksək–600-dən çox bal toplaya-raq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və auditi fakültəsinə qəbul olub. Bu arzu onda hələ üç il əvvəldən qardaşı Rəşad həmin universitetin birinci kursunda oxuyarkən yaranmışdı. Təsadüfdən qardaşların ali məktəblərə qəbulu eyni balla olub–619. Hətta Nicat ballarını yoxlayarkən elə bilib ki, qardaşı Rəşadın balı səhvən ona yazılıb.
Nicat redaksiyamıza iqtisad universitetinin 3-cü kurs tələbəsi qardaşı Rəşadla birlikdə gəlmişdi. İxtisas seçimində ona qardaşı Rəşadın böyük təsiri olub. Nicat inanır ki, universiteti də müvəffəqiyyətlə başa vuracaqdır.
Teqlər: Təhsil
31Avq
Nemətova Türkan Ədalət qızı 2001-ci ildə anadan olub. Rayonumuzun Ağkənd kəndində yaşayır. O, bu il Əli Kərimov adına Cəmilli kənd tam orta məktəbini bitirib. Bir çox həmyaşıdları kimi arzusu qəbul imtahanlarını müvəffəqiyyətlə verib universitetə qəbul olmaq idi. Budur, indi Türkanın arzusu reallığa çevrilib.
Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub.
Sevincini bütün doğmaları ilə bölüşən Türkan deyir ki, bu uğuruma görə ilk növbədə orta məktəb müəllimlərimə minnətdarlığımı bildirirəm. Bir də sevinirəm ona görə ki, valideynlərimin və müəllimlərimin çəkdikləri əziyyəti yerdə qoymadım.
Teqlər: Təhsil
31Avq

Zeynəb Hüseynzadə rayonumuzun məşhur əmək adamı, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordenli Zeynəb Əhmədovanın nəticəsidir. O, bu il Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
Zeynəb deyir:
–Nənəm Tərtərin fəxri olub. Şəhərimizin küçələrinin biri onun adını daşıyır. Uzun illər unudulmamasının səbəbi isə həm zəhmətsevərliyi, həm də el üçün yanmasıdır. Görünür, valideynlərim bu adı mənə verəndə, məhz belə bir Zeynəbi görmək istəyiblər. Onların etimadını doğrultmağa çalışacağam.
Bəs, nəyə görə məhz jurnalist olmaq istədin?–deyə soruşuram.
O deyir:
–Atam II qrup əlildir. Əmək qabiliyyəti yoxdur. Anam isə ibtidai sinif müəllimidir. Ailədə üç uşaq olmuşuq. Gözümü açandan çətinliklər görmüşəm və düşünmüşəm ki, nə zamansa bunların hamısını qələmə alacağam. Onda hələ bilmirdim ki, bu, jurnalist peşəsidir. Böyüdükcə arzum da böyüdü. İndi çox sevinirəm. Arzuma aparan yolun astanasındayam. Daha ətraflı »
Teqlər: Təhsil
18Avq
RAYONUMUZUN FƏXRİ
“Atam məni hüquqsünas kimi görmək istəyir. Bunu nəzərə alaraq III qrup üzrə imtahanlara ciddi hazırlaşdım”. Bu sözləri Cəmilli kənd tam orta məktəbinin məzunu Cümşüd Qurbanov redaksiyamızda olarkən söylədi.
Builki qəbul imtahanları zamanı Cümşüdün qazandığı uğur hamını sevindirib. O, 659 bal toplayaraq Tərtər rayonunun abituriyentləri arasında birinci olub.
Cümşüd onun bu uğurunda zəhməti olan orta məktəb müəllimlərinə, rayonumuzda fəaliyyət göstərən “Kainat” kursunda Nigar, Mehman, Röya, Hümbət müəllimlərə, valideynlərinə dərin minnətdarlığını bildirir.
Ali məktəbə daxil olanlar böyük və məsuliyyətli bir yola qədəm qoyurlar. Müstəqil Azərbaycanın gəncləri kimi tələbə adını qazanmış hər kəsə, o cümlədən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi adını qazanan Cümşüd Qurbanova bu yolda daim inamla, qətiyyətlə addımlamağı arzulayırıq.
“Yeni Tərtər”
Teqlər: Təhsil
Yeni ismarıclar