Müharibə bitdi, amma erməni xisləti bitmək bilmir

Hikmət Abdullayev tay-tuşları, dost-tanışları arasında sayılıb-seçilən oğlanlardandır. Doğma Tərtərimizin mərd, vətənpərvər gənclərindəndir. Taleyin yazısında onun da qismətində qazi olmaq varmış. 44 günlük Vətən müharibəsində ölümdən dönənlərdəndir. Müharibədə lazımınca döyüşüb, Qələbəni sağ-salamat qarşılamışdı. Lakin…
Hikmət 2 saylı məktəb-liseyin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhərindəki Turizm kollecinin “mehmanxana, turizm, kurort komplekslərində iaşə və servis” fakültəsinə qəbul olmuşdu. Əsgərlik müddəti çatdığı üçün təhsilini yarımçıq qoyub həqiqi hərbi xidmətə yollanmalı olub. 2019-cu ildən 2020-ci ilin iyun ayınadək Astara rayonunda hərbi xidmətini çəkib. Sərhəd qoşunlarında xidməti borcunu yerinə yetirib. Müddətli xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq xidmətə yazılıb. Hərbi sirrin incəliklərini öyrənmək üçün həm respublikamızda, həm də qardaş Türkiyədə kəşfiyyatçı kursları keçib. Bu kurslar onun hərbiyə olan marağını xeyli artırmışdı. Ağdam, Mingəçevir və Goranboy rayonlarında xidmətini davam etdirirdi. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Ko-mandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı il təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilib.
Zəfər tariximizə çevrilmiş İkinci Qarabağ mühari-bəsinin yaratdığı xoş ovqat, yüksək əhval hələ də varlığımıza hakimdir. Xalq-ordu birliyinin yenilməz qüdrəti 30 ildən bəri gözlədiyimiz günü gerçəkləşdirdi, “dəmir yumruq” düşmənin başında ildırım kimi çaxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz, vətən sevdalı igid oğullarımız cənnət Qarabağı erməni iş-ğalçılarının caynağından xilas etdilər.
Tarixən iblis xislətli məxluqların törətdiyi faciələrdən və buna bənzər düşmənçilik siyasətindən əziyyət çəkənlərdən biri də mənim yaşadığım, sakini olduğum Tərtərimdir. Səfalı mənzərəsi, təmiz havası, sərin suları ilə məşhur olan Tərtər rayonu həmişə mənfur qonşuların xəyanətlərinə düçar olub. Lakin mərd, igid insanların mübarizliyi sayəsində torpağının bir qarışını belə düşmənə təslim etməyib. Məndən yaşadığım yeri soruşanda ürəklə “Qəhrəman Tərtərim” deyirəm. Bir qarış torpağını mənfur düşmənə vermə-yən, canı bahasına döyüşərək qəhrəmanlıq göstərən, Vətəninin darda olduğunu görüb evdə ağlar körpəsini, xəstə valideynlərini qoyub: “Mən gedirəm, gün o gündür, vətənə borcumuzu qaytarmaq vaxtıdır”– deyib silahlanan, mərd oğullar yetişdirən qəhrəman yurdum. Bu igidlərin hər biri bir evin çırağı, ümid yeri olduqlarını bilərək, ölümü düşünmədən vətənin müdafiəsinə qoşuldular. Nəticədə “Dəmir yumruq” kimi sıx birləşərək Zəfər tarixi yazdılar. Məlumdur ki, Tərtər də erməni təcavüzündən ən çox əziyyət çəkən bölgələrdən olub. Ərazidə tez-tez atəşkəs pozulurdu, dinc sakinlərə ziyan vurulur, ölüm hadisələri baş verirdi.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun İsmayılbəyli kənd sakini Əlizadə Elşən Faiq oğlununun doğum günü məzarı önündə qeyd olunub.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov icra başçısının birinci müavini Elvin Umudovun, Vətən müharibəsi İştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovun iştirakı ilə Vətən müharibəsi iştirakçısı Ramil İsmayılzadəni qəbul edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Hacıqərvənd kəndində şəhid Rəşad Mirzəlinin ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Baş leytenant Qoşqar Bayramov bu hissi yaşayan insanlardan biridir. Buruc kənd tam orta məktəbində ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fənnini tədris edir, Vətən müharibəsi veteranıdır. Qoşqar Bayramov bu gün müəllim kimi fəaliyyət göstərdiyi məktəbin məzunudur. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai hazırlıq və fiziki təlim fakültəsini bitirib. Elə o vaxtdan da təyinatla bu məktəbə gəlib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin üzvləri İkinci Qarabağ müharibəsi şəhidi, Tərtər rayon Köçərli kənd sakini Abbaslı Elnur Yaşar oğlunun məzarını ziyarət edib, məzarın üzərinə gül dəstələri qoyub.
Suqovuşanda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.
Yeni ismarıclar