Taxılçılıq həmişə diqqət mərkəzindədir
Taxıl əkini həmişə bu kənddə diqqət mərkəzində saxlanılıb. Hazırda dünyada taxılın və taxıl məhsullarının qiymətlərinin kəskin qaydada artdığı bir şəraitdə Hacıqərvənd kəndində də taxıl əkininə qayğı ilə yanaşırlar. Belə ki, ötən ilin payızında burada 220 hektar sahədə buğda, 150 hektarda arpa əkilmişdi. Əvvəlki illərdən fərqli olaraq, pay torpaq sahibləri və fermerlər suvarmada çətinliklərlə üzləşmədikləri üçün, zəmilərdən bol məhsul götürmüşlər. Buğda üzrə hektarın məhsuldarlığı 55 sentner, arpa üzrə 61,8 sentner olub.
Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmaləddin Heydərov bildirdi ki, taxılçılıqda ən yüksək göstəriciyə Bəylər Abbasov nail olub.
Bəylər Abbasov bu barədə belə dedi:
–Taxıla, çörəyə hörmət xalqımıza xas olan gözəl xüsusiyyətdir. Son illərdə Ukraynada gedən müharibə ilə bağlı yerli taxıl istehsalını artırmağı qarşımıza məqsəd qoymuşuq.
Yeni ismarıclar