BOLLUĞA, FİRAVANLIĞA APARAN YOL
Azərbaycanın bütün bölgələri gözəldir, təkrarsızdır. Hər bir bölgəni cənnətə döndərən isə orada yaşayan insanlardır. Tərtərin adı çəkiləndə ilk növbədə gözümüz önündə qəhrəman, zəhmətsevər insanlar canlanır. O tərtərlilər ki, 30 ildən artıq bir vaxtda düşmənlə üzbəüz dayanaraq, müharibə şəraitində əmək meydanında qazandıqları xariqələrlə düşmənə dağ çəkdilər. Nə atılan mərmilər, nə də ermənilərin vəhşilikləri onların əlini işdən soyutdu. Ona görə ki, onlar öz prezidentlərinə, Ali Baş Komandan İlham Əliyevə inanırdılar və indi bu inam birəbeş artıb. Qalib ölkə rəhbəri hər bir azərbaycanlının fəxr yerinə, qüruruna çevrilib.
Tərtər rayonunun Hüsənli kəndində yerləşən cins eksperimental kəndli-fermer təsərrüfatının rəhbəri Anar Əliyevlə söhbət edirik. O deyir:
– Bizim təsərrüfat uzun illərdir ki, fəaliyyət göstərir. Ötən əsrin 80-ci illərində keçmiş Kənd Təsərrüfatı Akademiyasının (indi Azərbaycan Dövlət Aqrar Universiteti) eksperimental təcrübə bazası kimi yaradılmışdı. Rəhmətlik professor Zülfiqar Verdiyevin rəhbərliyi altında atam, o zaman həmin akademiyanın dissertantı olan Məhərrəm Əliyev burada xaricdən gətirilmiş Kuba zebusu, aberdinanqus və digər cinslərin yerli mallarla cütləşdirilməsi nəticəsində ətlik istiqamətli mallar yetişdirirdi. Bu təcrübələr gözəl nəticələr verirdi və bütün respublikaya səs salmışdı. Daha ətraflı »


Baramaçılıq kənd təsərrüfatının mühüm və gəlirli sahələrindən biridir. Sovet dönəmində rayonumuzda bu sahədə xeyli təcrübə toplansa da, müstəqilliymizin ilk illərində insanların baramaçılığa olan marağı azalmışdı.


Məlum olduğu kimi, bu il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı Tədbirlər Konvensiyasının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbir keçiriləcək. Bu məqsədlə Azərbaycanın hər bir guşəsində “Təmiz şəhər”, “Təmiz kənd” uğrunda kampaniyalar həyata keçirilir, küçələrdə, həyətlərdə təmizlik işləri aparılır, yol kənarlarında, ərazilərdə yeni ağaclar əkilir.
Tərtər-Hindarx avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Son illər rayonumuzda kümçülüyün inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər keçirilir. İlk növbədə bu xeyli sahənin yem bazası möhkəmləndirilir, yol kənarlarında və digər sahələrdə xaricdən gətirilən tez inkişaf edən çəkil tingləri əkilib becərilir. Nəticədə əhali arasında baramaçılığa maraq artır.
“Elm fədaisi” ifadəsini tez-tez eşidirik. Bu sözlərin çox böyük mənası var. Çünki həyatını elmə həsr edən insan həqiqətən fədai olmalıdır. Bizim yaxşı tanıdığımız və çox sevdiyimiz Həqiqət xanımın atası Cavanşir müəllim kimi. Bu məqalədə biz atasının yolunu layiqincə davam etdirən bir övlad haqqında söhbət açdığımıza görə, Azərbaycanın görkəmli seleksiyaçı alimi, bir neçə kəşfin və patentin müəllifi Cavanşir Həşimovu da yada salmaq istəyirik.
İnsan həyatı həmişə hamar olmur. Xüsusən qadınlar çox sınağa çəkilirlər. Yalnız səbrli, dözümlü, ən əsası isə, zəhmətkeş insanlar uğur qazanıb həyatlarını davam etdirirlər. Onlardan biri də rayonumuzun Soyulan kəndinin sakini, hazırda sahibkar kimi fəaliyyət göstərən Əskinaz Məmmədovadır.
Yeni ismarıclar