
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, YAP-ın və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.
Yığıncaq iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yığıncağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq əvvəlcə tədbir iştirtakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edib.
Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirildiyini bildirdi. Daha ətraflı »


Azərbaycan xalqının gözəl milli-mənəvi dəyərlərindən biri bayramqabağı günlərdə ailədə şənlik keçirməzdən əvvəl dərdi olan, əzizini itirən insanların ziyarət edilməsi, onlara mənəvi və maddi köməklik göstərilməsidir. Bu, həm də ölkə Prezidenti İlham Əliyevin hər bir məmur qarşısında qoyduğu tələbdir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün fəaliyyətinin əsasını təşkil edən bir nümunədir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Görüşdən sonra dövlətimizin başçısı mətbuata bəyanat verib.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev xalqımızın etimadını və dərin məhəbbətini qazanıb. Onun rəhbərliyi altında ölkəmiz böyük nailiyyətlər əldə edib. Prezident İlham Əliyev bu barədə deyib: “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”
Prezident İlham Əliyev tərəfindən noyabrın 16-da təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən, strateji əhəmiyyət hədəfləyən ” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” milli maraqlarımızı, dövlətçiliyimizi dəstəkləyən tarixi sənəddir.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bu gün həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan hər bir həmvətənlimizin diqqət mərkəzində olan hadisədir.
Yeni ismarıclar