Ötən ilin Novruz bayramında Azərbaycan xalqını Suqovuşandan təbrik edən Prezident İlham Əliyev deyib: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”
Artıq üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan və qalib Azərbaycan Ordusu sayəsində Baharın gəlişini işğaldan azd edilmiş torpaqlarımızda da qeyd edə bilirik. Novruzda tonqal başında etdiyimiz dualar qəbul olunub, biz qələbə qazanmışıq. Məkrli düşmən sülh sazişinin imzalanması prosesini yubatsa da, əminik ki, Prezident İlham Əliyevin sərkərdəlik bacarığı, yüksək diplomatik səyləri nəticəsində bu məsələ də öz həllini tapacaq. Dövlət başçısı deyib: “Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycan reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir”.
Xalqımız bizə tarixi Zəfəri bəxş edən şəhidlərimizi, qaziləri, bütün müharibə iştirakçılarını bir an belə unutmur. Elə gün olmur ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon fəalları ilə birlikdə bir şəhid, qazi, veteran ailəsində olub, onların qayğıları ilə maraqlanmasın. Bu ailələri yaşadan, güclü edən də elə övladlarının xalqın qəlbində əbədi qalmasıdır.
Yudumuza Novruz – yeni gün gəlir. Torpaq oyanır, kəndlilər tarlalara çıxaraq yeni ilin bol məhsulunun bünövrəsini qoyurlar.
Qədəmlərin ruzili olsun, Bahar! Özünlə bərabər dünyamıza sülh və əmin-amanlıq gətir!
“Yeni Tərtər”


Baharın yurdumuza qədəm qoyduğu günlərdə rayonumuzun Dəmirçilər kəndindən olan Vətən müharibəsi şəhidi Şamil İsmayıllının bacısının toy məclisi keçirilib. Məclisdə rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və veteranlar iştirak ediblər.
Bakı şəhərində keçirilən toy məclisində şəhid Anar Hüseynovun ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
Yurdumuza Bahar gəlir! Vətənimizin hər yerində yazın gəlişi Günəşin bərq vuran işığında, qəlblərə hərarət gətirən ilıq, isti nəvazişində bir daha duyulmaqdadır. Sanki təbiət də bu gün şıltaqlığına, ərköyünlüyünə son qoymuşdur. Ağacdan-ağaca qonaraq oxuyan quşların nəğməsi, ağ örpəyə bürünən meyvə ağacları və bu çiçəklərin üstündə həvəslə vızıldaşan bal arıları insanın ruhuna bir yenilik, bir sevinc gətirir.
Hər bir dövrün özünün həllini tələb edən problemləri var. XXI əsrdə qlobal iqlim dəyişikliyi ilə əlaqədar insanları düşündürən və çox ciddi narahat edən məsələlərdən ən başlıcası bəşəriyyəti gözləyə biləcək su qıtlığıdır. Bununla bağlı alimlərimiz həyəcan təbili çalır.
Prezident İlham Əliyev cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxış edib. Dövlət başçısı qeyd edib ki, Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib.
Qarabağ savaşında, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə tərtərlilərin qəhrəmanlıq salnaməsi yazdığını, əsl vətənpərvərlik nümunəsi göstərdiyini sübut etməyə ehtiyac yoxdur. Qarabağ uğrunda döyüşlərdə, o cümlədən Birinci Qarabağ savaşında düşmənə bur qarış da torpaq verməyən, 44 günlük Zəfərdə sanballı payı olan, Ermənistan quldurları tərəfindən hər gün başına raket, artilleriya mərmiləri yağdırılan, amma qəddini bükməyən, düşmən qarşısından bir addım da geri çəkilməyən Tərtər əyilməz qüruru, yenilməz döyüş əzmi, düşmənə vurduğu sarsıdıcı zərbələri ilə yeni tariximizə şərəfli səhifələr yazdı.
Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə –Heydər Əlyev zirvəsi ucalır. Xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyəti dövlətçilik tariximizdə yeganə şəxsiyyəti – xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə yaşadığımız bu firavan günlərin, aydın səhərlərin, zəfərə və qələbəyə gedən yolun, əbədi və dönməz müstəqilliyin təməlini qoyub.

Rayonumuzdakı Heydər Əliyev Mərkəzi tərtərlilərin ən çox sevdiyi məkanlardan biridir. Burada hər bir eksponat, hər bir əşya unudulmaz, əbədiyaşar liderimizin həyatının ayrı-ayrı məqamlarını xatırla-dır. Bu eksponatlar sanki dil açıb bizimlə danışır. Mərkəzin işçiləri tərəfindən ziyarətçilərə verilən məlumatlar onları Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış edir.
İnsan xarakteri ailədə, sonra isə cəmiyyətdə formalaşır
Yeni ismarıclar