Payız mövsümü başlayır, özünüzü və ailənizi infeksion xəstəliklərdən qoruyun
Payızın gəlişi ilə infeksion xəstəliklərin də “mövsümi” başlayır. Tibb mütəxəssislərinin fikrincə, adətən fəsil keçidləri zamanı insan orqanizmində müəyyən dəyişikliklər yaşanır. Xüsusilə yaz-payız aylarında xroniki xəstəliklərin özünü qabarıq büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Bu sırada soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji halları qeyd etmək olar. Mütəxəssislərin sözlərinə görə, payız mövsümündə orqanizmdə xəstəliklərin yaranmasına səbəb olan bir neçə faktor var: havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü və sürəti, elektromaqnit sahəsi və sair.
Həkimlərin fikrincə, ətraf mühitin təsirlərinə adaptasiyanı adamlar müxtəlif cür keçirir. Xüsusilə xəstə insanlarda problemlərin yaranması mümkündür. O sırada ürək-damar, böyrək və xroniki xəstəlikləri olan, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər diqqətli olmalıdırlar. Qışa doğru havanın hərarəti endikcə ən çox rast gəlinən xəstəliklər soyuqdəymə ilə bağlı olur. Fəsil dəyişmələri ilə bağlı olan digər xəstəliklər mədə xorası, şəkərli diabet, allergik xəstəliklərdir ki, mövsüm zamanı bunlar daha da kəskinləşir. Daha ətraflı »


Hər bir xalqın tarixi keçmişi bəlli bir təsir gücündə onun gələcəyini müəyyənləşdirən amillərdən biridir. Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik, bərabərlik və ədalət uğrunda mübarizələrdən ibarətdir. Əsrlər boyu davam etmiş, zaman-zaman qazanılmış, itirilmiş və yenidən qazanılmış bu azadlıqlar xalqın mübarizlik ruhunu həmişə qidalandırıb. XIX əsrin əvvəllərində xanlıqların Rusiya tərəfindən istilası başa çatdığı zamandan xalqın cəsarətli ziyalıları tarixi dövlətçiliyimizi bərpa etmək üçün daim azadlıq mücadiləsi aparıblar. Bir əsrdən çox davam edən bu mübarizə I Dünya müharibəsindən sonra baş verən qlobal transformasiyalar şəraitində xalqımızı ilk böyük qələbəyə çatdırıb.
Qəhrəman tərtərlilər adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli, mehriban, sevimli Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edirik! Həmişə bizlərdən ötrü ümid yeri olasınız! Azərbaycan xalqı öz Mehribanını çox sevir! Sizə humanist fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq!
Bildiyimiz kimi hər 2 rayon – Cəbrayıl və Füzuli eyni tarixdə – 1993-cü il avqustun 23-də işğal olunmuşdu. Ərazisi 1050 kv. km, əhalisi isə 60 minə yaxın olan Cəbrayıl işğal olunanda rayona 14 milyon dollardan çox ziyan dəymişdi. Erməni işğalçıları ilə olan döyüşlərdə 180 nəfər həlak olmuşdu. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişmişdi, 90 nəfərə yaxın isə əsir və itkin düşmüşdü.
Tərtər rayonunun Təzəkənd kəndində dünyaya göz açmışam, ancaq dədə-baba yurdum Qərbi Azərbaycandır. Təzəkənd 1953-cü ildə Basarkeçər rayonunun Bala Məzrə kəndindən deportasiya edilmiş insanlar tərəfindən salınıb.
Bu kəndə qayıdış 16 mart 2023-cü ildə baş tutub. Bu zaman Talışa 20 ailə, 90 nəfər köçürülüb. Kənd sakinləri yeni evlərlə təmin olunublar, həmçinin onlar üçün rahat infrastruktur yaradılıb, məktəb, uşaq bağçası, ictimai icma mərkəzi tikilib, tibb mərkəzi müasir avadanlıqlarla təmin olunub. Yeniliklərdən biri də müasir üslubda salınmış parklar və burada günəş enerjisindən istifadə olunmasıdır, həmçinin kənd yolları da rahatdır.


Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlət başçısı həmin tədbirdə çıxış edib.
Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
Yeni ismarıclar