“Difai” təşkilatının Tərtər qolu
20-ci əsrin ilk illərində ermənilər tərəfindən aparılan təcavüz, terror və etnik təmizləməyə müqavimət göstərmək məqsədilə azərbaycanlılar da öz siyasi təşkilatını – “Difai”ni yaratdılar. Bəs “Difai”nin hədəfləri və fəaliyyəti nədən ibarətdi?
“Difai”nin məqsədlərini başa düşmək üçün onun rəsmi açıqlamalarına və əsas fəaliyyətinə diqqət yetirməliyik. Təşkilatın ilk bəyannaməsi azərbaycanlı siyasətçi və fəal Ələkbər bəy Rəfibəylinin evində görkəmli dini lider Məhəmməd Pişnamazzadə tərəfindən yazılmışdı. Partiyanın məqsədi bu cümlələrdə açıq şəkildə ifadə edildi: “Mütəşəkkil hərbi gücə və müxtəlif silah materiallarına sahib olan Daşnaksütyun əsas məqsədlərinə çatmaq üçün bütün erməniləri və Qafqaz hökumətini öz hakimiyyəti altına almağa çalışır. Onların əsas məqsədi hamısını öldürdükdən sonra Qafqazdakı müsəlmanların ərazilərini işğal etməkdir. Daşnaksütyun əmin olmalıdır ki, biz ermənilərin xoşbəxtliyinin millətimizin bədbəxtliyi üzərinə gerçəkləşməyinə qətiyyən icazə verməyəcəyik”. Bu cümlələrlə “Difai”nin əsas məqsədinin millətin hər bir fərdini Daşnak terror təhlükəsindən qorumaq olduğu aydın olur. Daha ətraflı »



Prezident İlham Əliyev cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edib.
“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qaydış” gənclərin yay düşərgəsi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.




Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Heydər Əliyev İli” çərçivəsində ön cəbhədə hərbi xidmət keçən N saylı hərbi hissələrin hərbçilərini qəbul edib. Rayon rəhbəri onları 26 iyun- Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası YAP rayon təşkilatının akt zalında 26 İyun – Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirib.
24 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Prezident səlahiyyətlərini icra etməyə başlayarkən deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxış edib.
Yeni ismarıclar