“Qızıl bayraq”dan başlayan uğurlu yol
Yolu bizim qəzetdən keçən insanlardan biri də Qədir Tərtərlidir (Qədir Hüsü oğlu Allahverdiyev).
Qədir müəllim 1936-ci ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, elə həmin il ADU-ya (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirib. Qədir müəllim o zamankı “Qızıl bayraq” qəzetinə işə qəbul edilən ilk ixtisaslı jurnalist olub. Məsul katib vəzifəsində çalışıb. Sonralar Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan “Yenilik” qəzetində redaktor kimi fəaliyyət göstərib.
Rayon qəzetindən başlanan yol Qədir Allahverdiyev üçün çox uğurlu olub. O, 1971-1973-cü illərdə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb. Uzun illər partiya-sovet işində yüksək vəzifələrdə çalışıb, 1992-ci ildən yenidən mətbuata qayıdıb, hətta 1992-ci ilin avqust-oktyabr aylarında “Ağdərə” qəzetinin redaktoru olub. Sonralar “Nizami Gəncəvi” jurnalı və “Şəhriyar” qəzetlərində şöbə müdiri, “Kirpi” jurnalının bölgə müxbiri vəzifələrində çalışıb. 1996-cı ilin noyabr ayından Tərtər rayon Mətbuat Yayımı şöbəsinin müdiri olub və buradan təqaüdə çıxıb.
1963-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. 1977-ci ildə “Şərəf nişanı” ordeni, ayrı-ayrı illərdə bir sıra medal və fəxri fərmanlarla təltif edilib. Qədir Allahverdiyev oxucular tərəfindən maraqla qarşılanan bir neçə kitabın müəllifidir. Aşağıda “Mənim həyat romanım” kitabından qəzetimizlə bağlı və onun tarixini əyani əks etdirən bir parçanı oxucularımıza təqdim edirik. Daha ətraflı »


Prezident İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı deyib ki, 15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olub.


Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və ümumtəhsil məktəblərinin şagirdləri şəhərin Elman Hüseynov küçəsində 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə ekskursiya edib, muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Bölgə Təcrübə Stansiyası 1933-cü ildən dənli bitkilərin yeni məhsuldar sortlarının alınması üçün elmi idarə olaraq yaradılmışdır.
Yeni ismarıclar