Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Elman Səfərov küçəsində ağacəkmə aksiyası həyata keçirilib.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar və yeni əkilmiş 150 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.
Bu cür tədbirlər ekologiyamızın yaxşılaşdırılmasına xidmət edir və şəhərimizi daha da gözəlləşdirir.
Son illərdə Tərtərin respublikamızın ən abad, təmiz və yaşıllığa qərq olmuş bölgələrindən birinə çevrilməsini nəinki tərtərlilər, şəhərimizin qonaqları da çox bəyənirlər.
Keçmiş hərbçi, Bakı şəhər sakini Heydər İbadov deyir:
–Mən özüm Bakıda doğulmuşam. Atam köhnə bakılıdır. 20 Yanvar hadisələrində rus ordusunun tanklarının qarşısını almaq istəyərkən yaralanan insanlardan biridir. Yolum tez-tez Tərtərə düşür. Qəhrəman şəhərin özü də, onun sakinləri də gözəldirlər. Yeni ildə onlara bol-bol uğurlar arzulayıram.
“Yeni Tərtər”


Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri ilə əlaqədar deyib: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar…. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.
Tərtər rayon Həbib Hüseynov adına Mamırlı kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən “Təbiətə qayğı” və “Təbiətsevərlər” dərnəkləri öz ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir. Hər iki dərnəyin üzvləri ilboyu təbiətin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlər, aksiyalar və ekoloji layihələr həyata keçirərək məktəb ictimaiyyətinin fəal hissəsinə çevriliblər.
Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata bəyanatla çıxış edib. Ölkə başçısı çıxışında bildiribki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb;
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər;
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Regionlarda həyata keçirilən sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir.
Yeni ismarıclar