19Yan
BÜTÜN CANLILARIN GÜLLƏYƏ TUTULDUĞU GÜN
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar hadisələrinin növbəti-28-ci ildönümünü anırıq. Sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda həyata keçirdiyi bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.
Ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı küçələrinə çıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələrinə, daxili qoşunlarına, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu. Daha ətraflı »
Teqlər: Digər
19Yan
Soyuq qış günləri idi. Dağlıq Qarabağ hadisələrinin qaynar çağıydı. Bütün ölkə ayaq üstəydi. Hər evdə, hər kənddə, hər şəhərdə mövzu bir idi. Azərbaycanda intişar tapmış qüdrətli milli azadlıq hərəkatı İttifaqı qorxuya salmışdı. Ermənistan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmişdi. Düşmənlərimiz, ermənilərin aşkar və gizli tərəfdarları DQMV-ni Azərbaycanın köksündə sağalmaz bir yaraya çevirməkdəydilər. Bünövrəsi 1923-cü ildə qoyulmuş bu “gec açılan bomba” işə düşməkdəydi.
Yanvarın 20-si idi. Soyuq, bomboz bir səhər açılmışdı. Blokadada yaşayan kəndimizdə bu gün toy olmalıydı. Birdən xəbər çıxdı ki, gecə Bakıda rus qoşunları qırğın törədib (neçə gün idi ki, kənddə işıq yox idi). Toy təxirə salındı. Vahid bir ürəyə dönmüş xalqın 40 günlük ələmi başlanırdı.
Bakıda sovet qoşunları Yanvarın 19-dan 20-nə keçən gecə dəhşətli bir qırğın törətmiş, azadlığa can atan, demokratiyaya, humanizmə inanan günahsız dinc sakinləri gülləbaran edərək, tankların altında qoymuş, qan dənizində boğmuşdu. Bakının küçələri qan içindəydi. Daha ətraflı »
Teqlər: Digər
19Yan
Azərbaycan xalqının tarixində faciələrlə yazılmış Qanlı 20 Yanvar! İnsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri. Bəşər tarixində qara səhifə olaraq qalacaq terror aktı. Beləliklə yüzlərlə günahsız insanın qətlə yetirilməsinə, yaralanmasına bais olan cinayətkar, totalitar sovet rejiminin şüqutu. Öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış, milli azadlığının müdafiəçisinə çevrilmiş dinc əhaliyə qarşı törədilən cinayətin dünyaya nümayiş etdirilməsi…
O gecənin dəhşətini saf-çürük edəndə insanın damarlarında qanı donur. Əliyalın, günahsız insanların üstünə xüsusi qəddarlıq və vəhşiliklə yeridilmiş sovet ordusunun xüsusi təyinatlı bölmələri və daxili qoşunların böyük kontingentinin amansızlığı hiddət doğurur. 20 Yanvar gecəsində Bakı riyakarlığın, ağ yalanın qurbanına çevrildi. Fövqəladə vəziyyətin elan edilməsindən xəbəri olmayan şəhərə qoşun yeridilərək əhaliyə divan tutuldu. İnsanlar nəinki küçələrdə, öz evlərində, oturduqları yerdə güllələrin hədəfinə çevrildilər. Daha ətraflı »
Teqlər: Digər
19Yan
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Və-tən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 114 000 kv.km-dən 86 600 kv.km azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Daha ətraflı »
Teqlər: Digər
19Yan
20 Yanvar qırğınını törədənlər bu hadisələrin mahiyyətini xalqdan gizlətmək məqsədilə əvvəlcədən tədbirlər görmüşdülər. Həmin günlərdə respublikada televiziya və radio verilişləri dayandırılmışdı, mətbuat çıxmırdı. Amma onlar yanılmışdılar. Çünki heç bir tədbir, heç bir cəza ölkəni bürüyən azadlıq dalğasının qarşısını ala bilməzdi. Bu dalğa bizim Tərtər rayonunu da bürümüşdü. Bakıda baş verənlərdən xəbər tutan tərtərlilər şaxtalı qış günlərində indiki saat qülləsinin yanındakı tribunanın qarşısına toplaşaraq, mitinqlər keçirir, saxta və cinayətkar Qorbaçov rejiminə etirazlarını bildirirdilər. Bu rejimə inam itirilmişdi, ümidlər puç olmuşdu. Ona görə də insanlar illərlə əzizləyərək ciblərində gəzdirdikləri partiya biletlərini atırdılar. Bu, böyük imperiya buxovlarının qırılması, həm də azadlıq yolunun başlanğıcı idi. Daha ətraflı »
Teqlər: Digər
19Yan
Gecə saat 12-nin yarısı olardı. Eyvana çıxıb yuduğum paltarları sərmək istədim. Yol ayrıcında gur işıqlı boş bir avtobusun bizim evlərə tərəf gəldiyini gördüm. Avtobusda sürücüdən başqa bir kişi səsgücləndirici ilə binalarda yaşayan başıpapaqlıları yaxınlıqdakı hərbi məktəbin qarşısına köməyə çağırırdı. Əliyalın kişilər hərbi məktəbə tərəf yüyürdülər. Onlar şəhərə girən tankların qarşısını almaq istəyirdilər.
Bakıda baş verən qandonduran faciəni səhər eşitdik. Dəhşətə gəldik. 100-dən artıq dinc sakin qanına qəltan olmuşdu.
Səhər tezdən pay-piyada Azadlıq meydanına yola düşdük. Nəqliyyat iflic olmuşdu. Hamı şəhərə axışırdı.
Bir təhər şəhərə çatdıq. Azadlıq meydanı insan selindən dəniz kimi dalğalanırdı. Şəhər əhli şəhidlərlə vidalaşıb, son mənzilə yola salmağa gəlmişdi. İnsanlar kimi hava da hüznlü və tutqun idi. Yol-iriz qırmızı qərənfillərlə örtülmüşdü. Meydandakı küknar ağaclarında qırmızı qərənfillər açmışdı. Daha ətraflı »
Teqlər: Digər
19Yan
İŞİMİZİ MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ QURMAĞA ÇALIŞIRIQ
Yola saldığımız ötən ildə müəssisəmiz iş planına əsasən rayonda fəaliyyət göstərən idarə, müəsisə və təşkilatların sənədlərinin rayon dövlət arxivinə təhvil verilməsi üçün ardıcıl tədbirlər həyata keçirib. Görülən tədbirlər nəticəsində bir neçə müəssisə və təşkilatın fəaliyyəti nəticəsində toplanmış sənədlər arxivimizə qəbul edilmiş və lazımi qaydada işlənmişdir. Sənədlərin daimi və uzunmüddətli siyahıları Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialında Ekspert Yoxlama Komissiyasında təsdiq olunmuşdur.
Mamırlı, Dəmirçilər, Evoğlu, Sarıcalı, Hacıqərvənd, Qapanlı, Buruc, Azadqaraqoyunlu, Qaradağlı, Ələsgərli İƏD-lərin, İsmayılbəyli, Sarov, Dəmirçilər bələdiyyələrinin, su-kanal idarəsinin və rayon icra hakimiyyətinin 2012-ci ilə aid sənəd materialları işlənilib qaydaya salınmışdır. Bütün bunlardan başqa, bir neçə idarə, müəssisə və təşkilatın sənədləri bu ildən arxivimizə təhvil veriləcək. Daha ətraflı »
Teqlər: Digər
19Yan
Gözəl insan, qayğıkeş zabit Şikar Şükür oğlu Şikarov 1953-cü ilin payızında, Bakıda zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1961-ci ildə 164 saylı orta məktəbə gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Lakin Şikar hərbiyə olan marağını gizlətmədi. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olundu. 1975-ci ildə məktəbi fərq-lənmə diplomu ilə bitirərək təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başladı.
Şikar Şikarovun yüksək biliyə, savada malik olması komandanlığın nəzərindən yayınmırdı. Onu Moskvada Frunze adına Hərbi Akademiyaya göndərirlər. 1989-cu ildə akedemiyanı müvəffəqiyyətlə bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrin birinə qərargah rəisi təyin edilir.
Şikar Şikarov 1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycana qayıtmağa qərar verir. Daha ətraflı »
Teqlər: Digər
10Yan
Azərbaycanı işıqlı gələcəyə aparanlar

Teqlər: Digər
10Yan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Müstəqim Səyyad oğlu 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir.
Müstəqim Məmmədovu bu münasibətlə təbrik edir, ona məsul işində uğurlar və cansağlığı diləyirik. Arzu edirik ki, 2018-ci ildə əldə etdiyi müvəffəqiyyətlərin sayı daha da artsın.
“Yeni Tərtər”çilər
Teqlər: Digər
Yeni ismarıclar