TƏKİ HƏSRƏT BAŞA ÇATSIN

Onlar ikisi də Qarabağ müharibəsi veteranlarıdır. Hər ikisi polis əməkdaşları olublar. Hazırda təqaüddədirlər. Şıxarx qəsəbəsindəki köçkün şəhərciyində evlə təmin olunublar. Dövlət tərəfindən qaç-qın və məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən qayğıdan razılıq edirlər.
Ramiz Quliyev Şuşa şəhərindəndir. 1992-ci ilin may ayından Tərtərdə məskunlaşıblar. Şuşa polisində işləyirdi. Mənfur ermənilərin törətdiyi qanlı cinayətlərə biganə qala bilmirdi. Polis əməkdaşı olsa da, döyüş ərazilərinə də gedirdi. Ağdərə istiqamətində yerləşən kəndlər uğrundakı döyüşlərdə iştirak edərək, fədakarlıqlar göstərirdi. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə dəfələrlə “Fəxri fərman”larla təltif olunub, qiymətli hədiyyələr alıb. Döyüş əməliyyatlarını yerinə yetirərkən 2 dəfə ağır yaralanıb, qantuziya alıb. Lakin Ramiz Vətənin dar gündə olduğunu nəzərə alaraq, döyüş yoldaşlarından ayrılmayıb. Yaraları sağalan kimi yenidən cəbhəyə qayıdıb, savaşını davam etdirib.
Onun polis əməkdaşı kimi də zəhməti qiymətləndirilib. 25 il qüsursuz xidmətlərinə görə 1-ci, 2-ci, 3-cü dərəcəli medalla təltif olunub. 1997-ci ildən Qarabağ müharibəsi veteranıdır, 2016-cı ildən isə polis sıralarından tərxis olunub. Daha ətraflı »



Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın 100 illiyi 2018-ci ilin martında tamam olmuşdur. Bu soyqırım uzun illər araşdırılmamış, səbəb və nəticələri xalqdan gizli saxlanılmışdır. Sovet hakimiyyəti bu barədə danışmağı yasaq etmişdi. Hətta ermənilərin qanlı cinayətinin canlı şahidləri olan minlərlə insana haqsız olaraq divan tutulmuşdur.
Alkoqol insanın həyat müddətini 10-12 il azaldır. Demoqrafiyaya (təbii doğum, əhalinin artımı və inkişafı) mənfi təsir göstərən amillərin 90%-i alkoqol ilə əlaqələndirilir. Bəzi mütəxəssislərin fikrincə bu göstərici hətta 98-99%-ə çatır.
Azərbaycanda mövcud olan ümumtəhsil məktəbləri 4505 sayda:
Asiya qitəsində yerləşən ölkələrin bəzilərində keçilərdən yük heyvanı kimi istifadə edilir. Belə ki, yaşlı təkələr az miqdarda olan yükləri daşımaqla yanaşı, arabaya da qoşulur.
…Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün lazımi addımlar atılacaq.
Noyabrın 13-ü fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 30 mindən çox görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.
Qarabağ müharibəsinin ciddi zərbə vurduğu kəndlərdən biri də Tərtər rayonunun Qaraağacı kəndi olub.
Yeni ismarıclar