Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərə və tərtərlilərə həmişə yüksək qayğı və diqqət göstərmişdir.
Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonunun sakinlərini qəhrəman adlandıran ölkə başçısı bu cəbhə bölgəsinə tez-tez səfərlər edir, əhalinin həyat tərzi ilə yaxından tanış olur, vətəndaşların qayğı və istəklərini birbaşa onların özündən eşidir və bir çox məsələləri yerindəcə həll edir.
2020-ci il iyun ayının 3-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev növbəti dəfə Tərtər rayonuna səfərə gəlib və burada bir sıra yeni obyektlərin açılışında şəxsən iştirak edib.
Dövlət başçısının Tərtər Olimpiya İdman Kompleksinin açılışında rayonun bir qrup idmançısı qarşısındakı çıxışı çox güclü rezonans yaradıb və bir liderin gücü siyasi iradəsini bir daha ortaya qoyub.
Prezident öz çıxışında əsas diqqəti Avropa Şurasının anti-Azərbaycan mövqeyinə yönəldib. Qeyd etdi ki, qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı. Daha ətraflı »


Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib. O vaxtdan etibarən bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz
Məlumdur ki, son illərdə ölkəmizdə böyük quruculuq işləri aparılır, yeni yollar çəkilir, yaşayış binaları tikilir, onların ətraflarında meşə zolaqları, parklar salınır. Digər tərəfdən respublikamız ekoloji cəhətdən zəngindir. Bitkilər, heyvanlar aləminin müxtəlifliyi də çoxdur. Bu aləmin zərər verənləri də çoxdur. Ağacları təkcə əkməklə iş qurtarmır, ona vaxtlı-vaxtında qulluq göstərmək lazımdır.
Azərbaycan Respublikasında hər şeydən yüksəkdə insan amili dayanır. Dövlətimizin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin də əsas qayəsini və plazmasını insan amili təşkil edir. Ölkə Konstiyusiyasında da insan hüquqlarının və azadlıqlarının qorunması əsas ana xətt kimi təsbit olunur.
Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir. Bu münaqişəyə “dondurulmuş” münaqişə deyirlər, amma bu, doğru deyil, o heç də dondurulmuş deyil. Amma bu münaqişəni dondurmaq mümkündür və bunun yolu da münaqişəni həll etməkdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışında deyib.
Qarabağın mirvarisi, Azərbaycanın incisi Şuşa şəhərinin işğalından 28 il ötür. Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa 1992-ci il mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi vandalizmə uğrayıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən cox əhali etnik təmizləməyə məruz qalıb.
Vətənimizin dilbər guşələrindən biri də hazırda erməni tapdağında inləyən Laçın rayonudur. Laçın rayonunun işğalından artıq 28 il ötür. Bu illər ərzində Laçınlılar öz dədə-baba yurdlarının, əsir qalmış dağlarının, dərələrinin, sərin bulaqlarının, yamyaşıl meşələrinin, gül-çiçək qoxuyan ormanlarının həsrəti ilə yaşayırlar, bu həsrətlə yuxuya gedib, bu həsrətlə oyanırlar. Kimisi qürbətdə ömürlərini sona yetirib, kimisi hələ də bu həsrətlə yaşamağa məhkumdur.
1918-ci il mayın 28 də müsəlman şərqində ilk parlamenti respublika , ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.
Yeni ismarıclar