19Apr
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə son qoyuldu.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Bu fikirləri aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir. Daha ətraflı »
14Apr
Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birinı təşkil edir. Daha ətraflı »
09Apr
YARIMÇIQ QALMIŞ ARZULAR

Şəhidlərimiz haqqında yazmaq olduqca çətindir. Hər biri barədə yazanda o acını yaşamaq gərəkdir. Düşündükcə onların ölümlə nəticələnən acı talelərinin şahidi oluram. Hamısı Vətən, Torpaq, Namus, Qeyrət uğrunda şirin canlarından keçərək, ömürlərini, arzularını yarımçıq, doğmalarını gözü yaşlı qoyublar. Zəhmətkeş, öz alın təri ilə dolanan ailələrin övladları olub bir çoxu.
Belə şəhidlərimizdən biri də Məhərzadə Taleh Oqtay oğludur.
O, həmişə mənfur erməniləri ürəyində lənətləyərək tezliklə ərazilərimizin bütövləşəcəyinə inanırdı. Odur ki, 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı hərbi xidmətə yazıldı. Arzusu torpaqlarımızın azad olunmasında Ordumuzun tərkibində düşmənə qarşı sonədək mübarizə aparmaq və qələbəmizdən sonra ailə qurmaq idi. Anası ilə telefonla əlaqə saxlayan zaman istəyini bildirmişdi. Daha ətraflı »
09Apr

30 il idi ki, torpaqlarımız erməni işğalçılarının əsarəti altında inləyirdi. Gözəl Şuşamız, Laçınımız, Füzulimiz, Kəlbəcərimiz, ümumiyyətlə, 20 faiz torpaqla-rımız işğalçıların tapdaq yeri olmuşdu. Bu hər bir Azərbaycanlı üçün çəkilməz dərd sayılırdı. Qədirbilən xalqımız, mərd oğullarımız hər an torpaqlarımızın işğaldan azad olunacağı günün arzusu ilə yaşayırdılar. Nəhayət 27 sentyabr 2020-ci il bu iztiraba son qoyulmasının başlanğıc günü oldu.
Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı ildə Qaynaq kəndində doğulmuşdu. Daha ətraflı »
09Apr

Rayonumuzun Sarıcalı kəndində bir ana yaşayır. Qara günlərlə, min cür əzab əziyyətlə, od-ocaqsız daxmada “bir qarnı ac, bir qarnı tox” 2 övlad böyüdən ana! 1 qız və 1 oğlunu atalıykən atasız böyüdən, bu gün şəhid Mehdinin anası kimi tanınan Laləzar ana. O, ailə həyatı quranda öz həmkəndlisi Elçini seçdi, xoşbəxt günləri onunla olacağını düşündü. Lakin nə özü ər qazancı görə bildi, nə uşaqları ata çörəyi yeyə bildi. 4-5 il baldızı Kəmalənin yanında uşaqlarını saxladı, Elçin Qazaxıstanda oldu. Bu cür həyata dözməyən Laləzar uşaqların da götürüb kəndə ata-anasının yanına qayıtdı. Bir müddətdən sonra ata-anasının məsləhəti ilə əl damı kimi bir otaq tikib, uşaqlarını ora yığdı, öz zəhməti ilə Daha ətraflı »
09Apr
BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən yüzdən çox hərbi qulluqçusu öldü və yaralandı.
Azərbaycan Silahlı Qüvvələrinin isə 12 hərbi qulluqçusu şəhid oldu. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Daha ətraflı »
06Apr
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirib ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.
Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Daha ətraflı »
31Mar

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin martaprel aylarında yaşanmışdı.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Daha ətraflı »
31Mar
QÜRUR DUYDUĞUMUZ ƏSGƏR

Əsgər Azər Abdullazadə Bakı şəhərində “N” saylı hərbi hissədə xidmət edirdi. Tərtər rayonunun Cəmilli kəndində öz zəhməti ilə dolanan ailələrdən biri olub Azərgilin ailəsi. Xidmət etdiyi hərbi hissədə ağıllı, mərd, Vətənpərvər, qorxmaz bir oğlan kimi tanınmışdı. Hərbi xidmətinin başa çatmasına çox az qalmışdı. Azər yaxşı bilirdi ki, ermənilər tərəfindən torpaqlarımızın da, insanlarımızın da müəyyən hissəsi əsir götürülüb. İnanırdı ki, bir gün onların geri qaytarılması, əsirlikdən qurtarılması üçün Vətənpərvər insanlarımız səfərbər olacaq. Artıq belə bir gün çatdı. 2020-ci il sentyabrın 27-i illərin həsrətinin başa Daha ətraflı »
31Mar
SU GƏLƏN ARXA YENƏ SU GƏLDİ
İllər idi ki, torpaqlarımızla bərabər təbiətimiz də– meşələrimiz, çaylarımız dərdlərə dərman bulaqlarımız mənfur qonşularımızın işğalı altında qalmışdır. Sərsəng və Suqovuşan su anbarlarından gələn suların, həmçinin həm insanlarımıza, həm təbiətimizə məlhəm olan yüzlərlə sularımızın qarşısı kəsilərək mənfurların əyləncə və istirahət yerlərinə çevrilmişdir. Ali Baş Komandanın möhkəm iradəsi və Müzəffər Ordumuzun 44 günlük şücaəti sayəsində bütün bunlara son qoyuldu. İşğal dövrünədək Madagiz adlandırılan su anbarı 3 oktyabr 2020-ci il tarixdə azad olunaraq Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Və qurumuş arxlarımıza axar su buraxıldı, həm də həmin gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tarixi adı bərpa olunaraq Suqovuşan qoyuldu. Daha ətraflı »
Yeni ismarıclar