16Okt
Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən artıq 18 il keçir…
Həmin seçkilərdə İlham Əliyev seçicilərin 76 faizdən çoxunun səsini qazandı. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.
Hələ, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin Daha ətraflı »
09Okt
Ölkə başçısı azad olunmuş bölgələrə səfərlərində olduğu kimi, Cəbrayılda da bir çox layihələrin, o cümlədən Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməllərinin qoyulmasında iştirak edib. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdəki çıxışı bu dəfə də maraqlı dairələrə siyasi mesajlarla yadda qaldı: “Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”. Daha ətraflı »
09Okt
Suqovuşan 3 oktyabr 2020-ci il, Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olundu. Həmin gün Azərbaycan tarixinə qələbə sevinci ilə yazıldı. Şanlı Azərbaycan bayrağı kənddə ucaldıldı. Bu şad xəbəri xalqa Cənab Prezident İlham Əliyev çatdırdı. Azərbaycan xalqı bu qələbə xəbərinə sevindi, bayram etdi. Zəfər tariximizin ən gözəl gününə çevrildi. Suqovuşan qəsəbəsi əvvəllər Ağdərə rayonun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan qəsəbəsi isə Tərtər rayonuna birləşdirilib.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Lakin 1994-cü ilin aprel ayında mənfur ermənilər yenidən Suqovuşanı işğal edib. Ermənilər kəndi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən düşmən yerləşmişdi. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük Daha ətraflı »
08Okt


7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.
“Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib. Daha ətraflı »
08Okt

Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında “Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər Daha ətraflı »
08Okt
UMUDLUDAN BAŞLANAN ÖMÜR YOLU

Yaşadığımız cəmiyyətdə hər kəsin öz yeri, öz məşğuliyyəti, öz mövqeyi var və bu cəmiyyət hamı üçündür. Yaşlı insanlarımızın həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək hər birimizin borcudur. Adsanı ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar həmişə hörmətə layiqdirlər. Hələ keçmişlərdən ağsaqqal, ahıl insanlarımız müdrik və hörmətli adamlar hesab olunublar. Yaşlı insanlarımızın həyat təcrübəsi gənc nəslin sərvəti sayılır. Onların məsləhətlərinə qulaq asmaq, dediklərinə əməl etməklə həmin sərvətə nail olmaq mümkündür. Yaşlı insanların təcrübəsi əvəzolunmazdır. Bu gün fəxrlə deyə bilərik ki, Daha ətraflı »
08Okt
Tərtər ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedoqoq Nubar Əsəd qızı Mədətova vəfat edib.
Nubar Əsəd qızı Mədətova 1 yanvar 1933-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. Onun uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Atası Əsəd kişi kolxozda sıravi işdə çalışır, ailənin ehtiyaclarını çətinliklə qarşılayırdı.
Beşinci sinifdən etibarən Nubar Mədətli təhsilini Ağdam şəhərindəki 1 saylı internat məktəbində davam etdirib. 1949-cı ildə o, ikillik Müəllimlər İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Tərtər rayonunun Hüsənli kəndinə göndərilib. Nubar Mədətova burada gələcək həyat yoldaşı Məcidlə tanış olur onunla ailə qurur. Həyat yoldaşı ilə birlikdə 1951-ci ildən rayonun Azadqaraqoyunlu kəndində yaşamağa və birlikdə kənd məktəbində işləməyə başlayıblar. İşləyə-işləyə təhsilini Xankəndində yerləşən pedoqoji institutda davam etdirib.
Nubar Mədətova işlədiyi müddətdə ictimai fəalığı ilə həmişə seçilib. O, qabaqcıl müəllim kimi 1963-cü ildə partiya sıralarına qəbul edilib və uzun müddət məktəb ilk partiya təşkilatının katibi işləyib. 25 illik pedoqoji fəaliyyəti dövründə əvvəlcə müəllim, sonra isə tərbiyə işləri üzrə direktor müavini kimi Daha ətraflı »
Yeni ismarıclar