Bu münasibətlə ictimaiyyət nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Məmmədov Elman Bəhmən oğlu 17 avqust 1991-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elman Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alıxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
-
30AvqXəbərlər MƏMMƏDOV ELMAN BƏHMƏN OĞLUNUN AD GÜNÜ üçün şərhlər bağlıdır
-
20AvqXəbərlər ŞƏHİDİN MƏZARI VƏ AİLƏSİ ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır
Şəhidimiz Əlizadə Elşən Faiq oğlunun cənnətdəki ilk doğum günü münasibətlə Tərtər Ra-yon İcra Hakimiyyəti, SHXÇDX-nin Tərtər rayon şöbəsi, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-dən ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci ildə doğulduğu İsmayılbəyli kənd qəbristanlığında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. -
11AvqXəbərlər GÖRÜLƏN İŞLƏRLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğu olan “EvoğluAzadqaraqoyunlu-Aşağı Qapanlı-İlxıçılar-Köçərli” kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.
Azərbaycan Avtomobil Yolları Agentliyi artıq yolun çəkilişinə başlayıb. Çəkilən yol 10 metrə qədər genişləndirilib, yolun 6 metri hərəkət hissəsi, 2 metr isə çiyin hissələridir. Artıq yola iki laydan ibarət asfaltbeton örtüyü döşənir. Yol boyu avtobus dayanacaqları, yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün lazimi işlər görüləcək.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni qurulan avtomobil yolunun çəkilişi ilə bağlı Azadqaraqoyunlu kəndində olub, görülən işlərlə tanış olaraq sakinlərlə söhbət edib, onların problemlərini dinləyib.
Kənd sakinləri Natiq Umudov, Xuraman Məmmədova, Həqiqət Əliyeva, Yaqub Məmmədov, Daha ətraflı » -
11AvqXəbərlər ŞƏHİD ABİDƏSİNİN VƏ XATİRƏ BULAĞININ AÇILIŞI üçün şərhlər bağlıdır

Tərtər rayonunun Kəngərli kəndində birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan “Şəhidlər abidəsi”nin açılışı olub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə şəhid polkovnik leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev və şəhid baş leytenat Qənbər Qənbərlinin atası Bəhruz Qənbərli çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zə-fər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qay-ğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdən sonra kənddə Vətən müharibəsi şəhidi Qulu-zadə Elmin Şəmsi oğlunun xatirəsinə tikilmiş bulaq da istifadəyə verildi. -
11AvqXəbərlər ŞƏHİDLƏRİMİZİN DOĞUM GÜNLƏRİ QEYD EDİLDİ üçün şərhlər bağlıdır
Ələkbərli Əkbər Ramiz oğlu
Şəhidimiz Ələkbərli Ələkbər Ramiz oğlunun cənnətdəki ilk doğum günü münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, “Azərişıq” ASC-nin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Ələkbər hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq xidmət qulluqçusu olaraq işini davam etdirib.
Ələkbər 2020-ci il sentyabrın 27-dən Ermənistan ordusuna qarşı əks-hücm əməliyyatlarına qoşularaq işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə apardığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.Abbasov Xaliq Asif oğlu
Vətən müharibəsində Qəhraman Tərtərin qəlbləri vətən eşqi ilə döyünən, arxa cəbhədə fəallığı və cəsurluğu ilə seçilən mülki şəhidləri Xaliq və Elşən Abbasov qardaşlarından Xaliq Abbasovun doğum günü qeyd edildi.
Abbasov Xaliq Asif oğlu 24.07.1981-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olub. 28.09.2020-ci tarixdə mənfur düşmənlərin Tərtər rayonunun Şıxarx qəsəbəsini artileriya atəşinə tutması nəticəsində şəhid olub.
Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veteranlar təşkilatlarının nümayəndələri, şəhidin yaxınları və qazilər şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Sonra şəhidlərin ailəsini ziyarət edərək qayğıları ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. -
11AvqXəbərlər ŞƏHİDİN MƏZARI ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş gizir Nicat İsgəndərovun məzarını doğum günündə ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.
Məlumat verilib ki, Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Daha ətraflı » -
11AvqXəbərlər TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyası Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Seydimli kəndində “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi çərçivəsində karantin qaydalarına uyğun formatda tədbir keçirib.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.
Layihə çərçivəsində kənd gəncləri üçün müxtəlif təlim və vörkşoplar keçirilib, gənclər siyasəti, gənclər təşkilatları haqqında məlumatlar, gənclərlə iş, həmçinin uğurlu karyera, düzgün peşə seçimi mövzusunda məlumatlar verilib. -
30İylXəbərlər İCRA BAŞÇISI 85 YAŞLI NUBAR MƏDƏTLİYƏ BAŞ ÇƏKİB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Azadqaraqoyunlu kəndində yaşayan 85 yaşlı şairə, publisist Nubar Mədətlinin evində olub, onun səhəti ilə maraqlanıb.
Nubar Mədətli uzun illər Azadqaraqoyunlu kənd tam orta məktəbində müəllim işləyib. O, “Aşıq Pəri” məclisinin üzvü olub, 10-a yaxın kitab, yüzlərlə məqalə müəllifidir. O, xalq yaradıcılığının araşdırmacısı kimi bir sıra folklor nümunələri yaradıb, həm yerli mətbuatda, həm də respublika mətbuatında maraqlı yazılarla çıxış edib. Nubar xanım yaşının bu vaxtında da öz yaradıcılığını məsuliyyətlə davam etdirir, yeni-yeni bədii əsərlər yazır, folklor nümunələri axtarıb tapır. Nubar Mədətlinin şeirləri indi də oxucular tərəfindən maraqla oxunur.
Onun 8 övladı, 20-yə yaxın nəvəsi var.
Şairə icra başçısını gülərüzlə qarşılayıb, Vətən müharibəsində qazanılan Qələbədən sevinc göz yaşları içində danışıb, Daha ətraflı » -
30İylXəbərlər “YENİ TƏRTƏR” QƏZETİNİN ƏMƏKDAŞLARI TƏLTİF OLUNUB üçün şərhlər bağlıdır
Rayon rəhbəri ”Yeni Tərtər” qəzeti redaksiyasında olub, qəzetin kollevtivini və onların timsalında milli mətbuatımızın çoxsaylı nümayəndələrini, eləcə də oxucuları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
İkinci Qarabağ savaşı zamanı informasiya müharibəsində jurnalistlərimiz qələmlərindən silah kimi istifadə etdilər.Həqiqətləri, düşmən təxribatlarını bütün dünyaya çatdırdılar. Yazıları, cəbhə bölgəsindən verdikləri canlı reportajları ilə həmişə ön cəbhədə oldular.
Sonra qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi. Əlbəttə, çar Rusiyasının məmurları bu məqsədi çox tez anladılar və buna görə də “Əkinçi”nin ömrü uzun olmadı. Lakin Həsən bəy Zərdabi əsas məqsədinə çatmışdı. Sonralar onun çağırışına qoşulan onlarla mətbu orqan “Əkinçi”nin yolunu davam etdirdilər.
Bu gün rayonumuzun “Ye-ni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür. Sonra bildirib ki, “Yeni Tərtər” bölgə qəzeti olsa da, respublika mətbuatı sırasında onun özünəməxsus yeri var. Belə ki, qəzetin çap variantı ilə yanaşı, onun elektron saytı da fəaliyyət göstərir. Bu da rayonun sosial-iqtisadi həyatında baş verən yenilikləri geniş oxucu kütləsinə çatdırır.
Redaksiyanın əməkdaşları mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon rəhbəri tərəfindən redaksiyanın əməkdaşlarına qurban payı, pul mükafatı və fəxri fərmanlar təqdim edilib. -
30İylXəbərlər “FƏXRİ FƏRMAN”LAR VERİLİB üçün şərhlər bağlıdır
Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tərtər rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük İkinci Qarabağ müharibəsindən, Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbədən danışıb.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Vətən müharibəsi zamanı medianın fəaliyyətindən və rolundan danışıb. Daha ətraflı »


Yeni ismarıclar