Şəhidlər unudulmur
Bərdə şəhərində keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının, ağsaqqallar şurasının sədrləri, şəhidlərin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən Tərtər rayonu-nun Çardaqlı kəndindəndir.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bu döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 7 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olmuş idman ustası Murad Allahverdiyevi qəbul edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələri ilə yanaşı tez-tez rayonun yaşlı sakinlərinin də ailələrində olur, onların qayğıları ilə maraqlanır. Növbəti dəfə rayon rəhbəri Hüsənli kənd sakini, 86 yaşlı Mirzə Mirzəyevin ailəsində olub, onun səhhəti və qayğıları ilə maraqlanıb, ağsaqqala ərzaq sovqatı aparıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin baş məsləhətçisi Dilavər Lətifov, Dövlət Ekologiya Ekspertiza Agentliyinin aparıcı mütəxəssisi Elsəvər Abbasov, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin sektor müdiri İsrafil Paşayev, Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı İltifat Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Azmelsutəsərrüfat” və “Azərsu” ASC-lərin rayonda fəaliyyət göstərən idarələrinin rəhbərləri ilə birlikdə Kür çayının və onun qolları üzrə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin alınması ilə bağlı sənədləşdirmə işlərinin başa çatdırılması və nəticəsi barədə məlumatları müzakirə ediblər. Sonra inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.
Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək rayonumuzda bir sıra fəsadlar törədib.
2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Şəhər 1 saylı tam orta məktəbinin rus bölməsinin 2-ci “V” sinfində şəhid Fuad Məhərrəmlinin adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri və doğmaları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi veteranları, məktəb rəhbərliyi, mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
İrəvanlı kəndində İkinci Qarabağ müharibəsi qazisi Arzuman Abdullayevin oğlu İlkinin hərbi xidmətə yola salınması münasibəti ilə mərasim təşkil olunub.
Yeni ismarıclar