Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Şuşa ili” çərçivəsində Tərtər rayon Mədəniyyət Mərkəzində bədii fikrin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüqüq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri, idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan mədəniyyəti bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ən parlaq mərhələsini yaşayır. Rayon rəhbəri Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs etmiş və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.
2022-ci ilin mart ayında görkəmli şairə, tanınmış ictimai xadim, Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Bu məqsədlə, Prezident İlham Əliyevin görkəmli şairə bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Mədəniyyət Mərkəzində “ Tək inci Xan qızı” adlı tədbir keçirilib. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar rayon icra hakimiyyətinin başçısı, onun müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 18 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 220 şagird yerlik Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Yuxarı Qaradağlı kəndində keçirilib.
“Ag ölüm”ün yaşı niyə cavanlaşır? Nəyə görə şərəfli tələbə adını qazanan savadl, gələcəkdə dövlətimizə, Vətənimizə böyük xeyir verə biləcək gənclər narkomaniyanın bataqlığına düşərək, həyatlarını məhv edirlər? Cəmiyyətimizin bu bəladan təmizlənməsi üçün nə etməliyik?
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, aidiyyəti qurumların rəhbərləri və icra nümayəndələri iştirak edib.
Dekabrın 8-də keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru Bəxtiyar Əliyev, Gənclər və İdman idarəsinin İdman sahəsi üzrə aparıcı məsləhətçisi Nəriman Nərimanzadə, rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc Şirinova, rayon ümumtəhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.
Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Yeni ismarıclar