21Sen
Uzun illərdi ki, oğlum xəstəlikdən əziyyət çəkir. Vaxtaşırı onu Bakıya müayinəyə aparıram. Demək olar ki, ailəmizin büdcəsi həkimlərin yazdıqları reseptlər əsasında aldığımız dərmanlara xərclənir.
Dərman vasitələrinin qiymətlərinin ucuzlaşdırılması, bütün apteklərdə eyni qiymətlərlə satılması bizim kimi insanların ürəyindən xəbər verdi. Bu, xəstə övladı olan ana üçün köməkdir, təsəllidir.
Prezidentimizə minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı arzulayıram.
Rəsmiyyə Bağırova,
Azadqaraqoyunlu kəndi
Teqlər: Digər
21Sen
Elimizdə toy olsun
Toy həm gənclərin, həm də onların valideynlərinin ən ülvi, müqəddəs arzularıdır. Həmin gün gənclərə ancaq xoşbəxtlik diləyir, onların gələcək həyatlarını gözəl və işıqlı görürlər. Amma bu, həmişə istənilən kimi olurmu? Daha ətraflı »
Teqlər: Digər
21Sen
1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin edirmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. Daha ətraflı »
Teqlər: Digər
05Sen
Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Terrorçuluğa qarşı mübarizə sahəsində istər universal, istərsə də regional təşkilatlar çərçi-vəsində əməkdaşlığı gücləndirməklə Azərbaycan Respublikası indiyədək terrorçuluğa qarşı mühüm beynəlxalq və regional konvensiyalara qoşulmuş, terrorçuluğa, mütəşəkkil cina- yətkarlığın digər növlərinə qarşı mübarizəyə dair çoxsaylı ikitərəfli saziş, protokol və memorandumlar imzalamışdır. Daha ətraflı »
Teqlər: Digər
04Sen
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Həyəcan siqnalı
Sabahdan Cavidangilin ordu həyatı başa çatacaqdı. Əsgərlər bir-birinə telefon nömrələrini verir, ünvanlarını cib dəftərçələrinə yazır, baş vermiş bəzi incikliklərə görə üzrxahlıq edirdilər.
…Həyəcan siqnalı hamını bir nəfər kimi ayağa qaldırdı. Hərbi hissə tam döyüş vəziyyətinə gəti-rildi. Əlində silah yoldaşları ilə birlikdə maşında əyləşən Cavidanın ürəyi quş kumu çırpınırdı: – “Nəhayət ki, verdiyim sözə əməl etmək üçün fürsət yarandı. Torpaqlarımızın azad olunmasında iştirak edəcəyəm”– deyə o, düşünürdü. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Bir dostum varıydı… Təpədən –dırnağa səmimiyyət idi. Nə etsəydi, hamısı təbii alınardı. Onun gülüşündən tutmuş əsəbinə qədər hər şey özününküydü. Əlavə bir qondarması,” boğazdan yuxarı bir sözü” olmazdı. Nə cür görünürdü, o cür də varıydı, nə cür varıydı, o cür də görünürdü. İncikliyi də dost kimiydi. Dostluğu isə əvəzolunmazdı. Bir sözlə, mən belə təbii adam görməmişdim. Dünyanın bu anlaşılmaz, bu sərsəm vaxtında şükür edirdim ki, nə yaxşı belə insan var! Onun əsəbdən doğan acı sözləri də digərlərindən seçilirdi, sanki bal kimiydi. Elə bil bu istiotdan acı sözləri də ilıq bir istəkdən əmələ gəlirdi. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Heydər Əliyev Azərbaycanın rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəsil yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. İkinci dəfə artıq Azərbaycan müstəqil ölkə olandan sonra hakimiyyətə gələn Ulu Öndər dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni hə-yatında gənclərin iştirakının təmin edilməsini vəcib məsələlərdən biri kimi qarşıya qoyub. Məhz həmin dövrdə gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı–Gənclər və İdman Nazirliyi yaranıb. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Yaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın əvvəllər sadəcə şəkər və sudan ibarət, qidalandırıcı dəyəri olmayan məhsul olduğu hesab edilirdi. Trendin məlumatına görə, aparılan araşdırmalar isə qarpızın əslində çox dəyərli bir giləmeyvə olduğunu göstərir.
Qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir. Qarpız C, A vitaminlərinin və betakarotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. Daha ətraflı »
Teqlər: Digər
26Avq
İnsanlar ağıllı heyvanlar haqqında fikirləşəndə quşlar yada düşən ilk heyvan olmurlar. İngilis dilində kimisə quşbeyin adlandırmaq həmin şəxsin axmaq olduğu anlamına gəlir. Bundan başqa nəyəsə «quşlar üçündür» demək həmin şeyin mənasız olduğun bildirir. Ancaq bu ifadə tamamilə səhv ola bilməz. Bəzi quşlar xüsusilə qarğalar son dərəcə ağıllı ola bilər. Əslində qarğaların problem həll etmə qabiliyyəti 7 yaşlı uşağınkından daha yaxşıdır. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar